Yuxarı

Ermənistanda nə qədər əhali var? – Fransa nəşri

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanda nə qədər əhali var? – Fransa nəşri

Fransanın “Le Figaro” qəzeti Ermənistan parlamentində Avropa Birliyinə üzvlüklə bağlı danışıqların başlanmasına dair qanun layihəsinin birinci oxunuşda qəbul edilməsini şərh edib.

Axar.az xəbər verir ki, nəşr bunu İrəvanın Qərblə münasibətləri gücləndirmək istəyi kimi qiymətləndirərək, Ermənistanın hazırda ənənəvi müttəfiqi Rusiya ilə münaqişəsinin olduğunu qeyd edib.

“Avroreferendum” üçün imzatoplama prosesini təqdim edən qəzet qeyd edib ki, ötən il AB-yə üzvlük lehinə aparılan imzatoplama kampaniyası zamanı 2,7 milyon əhalisi olan Ermənistanda 60 minə yaxın imza toplanıb.

Yazıda İrəvanla Moskva arasında münasibətlərdə yaranan məsələlərə, nəşrin “itaətsizlik addımları” adlandırdığı Ermənistanın Rusiyaya qarşı demarşlarına və onların səbəblərinə də toxunulub.

Qeyd edək ki, erməni mediası Fransa mediasının “Ermənistanın 2,7 milyon əhalisi var” ifadəsinə vurğu edib. Çünki bu rəqəm Ermənistanın Statistika Komitəsinin açıqladığından azdır və erməni ekspertlərin fikrincə, reallığa daha yaxındır.

Tarix
2025.02.13 / 15:20
Müəllif
Axar.az
Digər xəbərlər

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla