Yuxarı

ABŞ azərbaycanlı jurnalistin qovulmasına münasibət bildirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ azərbaycanlı jurnalistin qovulmasına münasibət bildirdi

ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalist Mahir Zeynalovun Türkiyədən deportasiya olunmasına münasibət bildirib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Vaşinqtonda keçirdiyi brifinqdə deyib ki, ABŞ bu hadisənin bütün detalları ilə bağlı məlumata malik deyil, lakin onun ölkəsi hər zaman dünyada söz azadlığının müdafiəçisi olub və olmaqda davam edir: "Biz ümid edirik ki, Türkiyə söz, toplaşma və birləşmə azadlıqlarını qoruyacaq. Hesab edirik ki, müstəqil və plüralist KİV sağlam və güclü demokratiya üçün həlledici əhəmiyyətə malikdir".

Xatırladaq ki, Türkiyədə Fətullah Gülən icmasına (nurçular) məxsus, ingilis dilində nəşr edilən "Todays Zaman" qəzetinin redaktoru və yazarı, Azərbaycan vətəndaşı Mahir Zeynalov fevralın 7-də ölkədən deportasiya edilib. Deportasiya qərarı Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın prokurorluğa şikayəti əsasında verilib. R. T. Ərdoğan şikayətində M. Zeynalovun "Tvitter"də yazdığı mesajlarda həqarətə yol verdiyini, xalqı kin və düşmənçiliyə təhrik etdiyini bildirib.

Tarix
2014.02.08 / 10:45
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla