Yuxarı

Baş katib Azərbaycana gəlir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş katib Azərbaycana gəlir

5-6 mart tarixində Bakı şəhərində keçiriləcək Səyahət, turizm və qonaqpərvərlik sahələrinin "Davos Forumu" sayılan Lüsern Dünya Turizm Forumunun Beyin Mərkəzinin (Think Tank) növbəti toplantısında Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatının (BMÜTT) baş katibi Taleb Rifainin iştirakı nəzərdə tutulub.

Axar.az xəbər verir ki, Rifainin ölkəmizə səfəri zamanı onun Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevlə, habelə digər yüksək səviyyəli şəxslərlə görüşlərinin keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, ölkəmiz 2013-cü ildə Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının üzvü seçilib. 2015-ci ildə keçirilmiş İcraiyyə Şurasının 100-cü sessiyasında Azərbaycanın təşəbbüsü ilə "Münaqişə zonalarının turizm sahəsində qanunsuz təbliğinin qarşısının alınması" məsələsi gündəliyə salınaraq müzakirə edilib. Məsələ ətrafında geniş müzakirələr aparılıb və nəticədə Şura üzvlərinin dəstəyi ilə ölkəmizin təqdim etdiyi qərar mətni qəbul edilib. Bu qərar işğal olunmuş Qarabağ ərazisinə turist səfərlərinin təşkilinin qarşısını alır.

Səfər zamanı Taleb Rifaini BMÜTT-nin əməkdaşları Sandra Karvao və Müsəllim Əfəndiyev müşayiət edəcəklər.

Qeyd edək ki, Azərbaycan vətəndaşı M.Əfəndiyev 2012-ci ildən Mədəniyyət və Turizm Nazirliyi və Birləşmiş Millətlər Ümumdünya Turizm Təşkilatı arasında bağlanmış sazişin müddəalarına uyğun olaraq BMÜTT-nin Avropa şöbəsində çalışır.

Tarix
2016.02.29 / 13:13
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Eltəkin Ömərova yüksək vəzifə verildi

Gözlənilməz: Türkiyədən böyük nümayəndə heyəti İrəvanda

Prezident Bakıda dünya şöhrətli müğənni ilə görüşdü

İlham Əliyevdən DÇ ilə bağlı paylaşım - Video

Ceyhun Bayramov Rubio ilə danışdı

Türkiyənin zenit sistemləri Rusiyanın hücumlarını dəf edib

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla