Yuxarı

FHN-çilər 80 yaşlı qadını belə xilas etdilər - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-çilər 80 yaşlı qadını belə xilas etdilər - Video

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda bir nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Axar.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Xilasedicilər xüsusi alət və avadanlıqlardan istifadə etməklə doqquzmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən mənzilin qapısını pəncərədən daxil olaraq açıblar. Mənzilə baxış zamanı halsız olması səbəbi ilə köməksiz vəziyyətdə qalması müəyyən edilən 1944-cü il təvəllüdlü qadın xilas edilərək hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadasına təhvil verilib.

Həmin görüntüləri təqdim edirik:

Tarix
2024.04.12 / 19:58
Müəllif
Axar.az
Digər xəbərlər

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla