Yuxarı

Sabahdan şaxtalar sınır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabahdan şaxtalar sınır

Sabahdan Bakıda şaxtalı havalar müşahidə edilməyəcək, havanın temperaturu ötən günlərlə müqayisədə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, fevralın 9-da Bakıda və Abşeron yarımadasında hava gün ərzində əsasən yağmursuz olacaq. Lakin fevralın 8-dən 9-na keçən gecə yarımadanın bəzi yerlərində havanın yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 5-8 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 9-da hava gündüz əsasən, yağmursuz keçəcək. Lakin gecə saatlarında Lənkəran-Astara bölgəsində havanın az yağıntılı olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 4-9, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.(Trend)

Tarix
2014.02.08 / 13:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla