Yuxarı

Azərbaycanda vəzifəli şəxslərə cinayət işi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən və vətəndaşlardan daxil olmuş məlumatlar üzrə aparılmış araşdırma əsasında “Recent Group” və “Area Alfa Group” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin rəhbər vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Bu barədə Axar.az Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, istintaqla qeyd edilən hüquqi şəxslərin direktorları Sevinc Aslanova və Kamil Curayevin Almaniya, Hollandiya, Slovakiya və başqa ölkələrə iş vizası və dəvəti alınması, eləcə də digər növ məşğulluq məsələlərinin həllinə dair yalan vədlər verməklə 2023-2024-cü illər ərzində ayrı-ayrı vətəndaşlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini onların etibarından sui-istifadə edərək almalarına dair əsaslı şübhələr müəyyən edilib.

"Hazırda qeyd olunan bütün faktlar üzrə zərərçəkmiş şəxslərin dairəsi və vurulmuş ziyanın məbləğinin tam müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir", - məlumatda vurğulanıb.

Tarix
2024.04.18 / 11:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident Zuhair Əlhartini qəbul etdi

İlham Əliyev müftiləri qəbul etdi

Paşinyan erməniləri “verməməkdə” ittiham etdi

İlham Əliyev dini rəhbərləri qəbul etdi

Ermənistan qoşunları Göyçə gölü ətrafından çıxarılır

Prezident Berl Lazarı qəbul etdi

Ceyhun Bayramov Qabriela Ramosla görüşdü

Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır

Tokayevdən XİN başçılarının Almatı görüşünə reaksiya

Əli Əsədov Məhərrəm Kılıçla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla