Yuxarı

Nazir İstanbula gedir - Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir İstanbula gedir - Səbəb

Gənclər və İdman naziri Azad Rəhimov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) gənclər və idman məsələlərinə məsul nazirlərin 1-ci iclasında iştirak etmək məqsədi ilə İstanbul şəhərinə yola düşüb.

Gənclər və İdman Nazirliyindən Axar.az-a verilən məlumata görə, 4 mart 2016-ci il tarixində keçiriləcək iclas Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında 2009-cu ildə keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə Toplantısında imzalanmış Naxçıvan Sazişi çərçivəsində təsis edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası), konkret layihələr vasitəsilə Türkdilli ölkələr və xalqları arasında əhatəli əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tutur.

İclas zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında keçiriləcək 2-ci Dünya Köçəri Oyunları, Türkdilli Dövlətlərin Universitet İdman Oyunları (Türk Universiadası), Gənclər Festivalı, Gənclər düşərgəsi və s. tədbirlərin müzakirəsi nəzərdə tutulub.

İclasda 2016-cı ildə Gənclər Festivalının, 2017-ci ildə Türk Şurası gənclər və idman məsələlərinə məsul nazirlərin 2-ci iclasının və 2018-ci ildə Türkdilli Dövlətlərin Universitet İdman Oyunlarının (Türk Universiadası) Azərbaycanda təşkili məsələlərinə də baxılacaq.

Qeyd edək ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının fəaliyyəti çərçivəsində nazir Azad Rəhimovun çıxışı nəzərdə tutulub.

Tarix
2016.03.03 / 11:21
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

Mehriban xanıma dedim, gəlin, şəkil çəkdirək və şeyxə göndərin

Evindən çamadanlarla dolu milyonlar çıxdı, ört-basdır etdilər

Bu halda heç kim bizə bata bilməz! - Prezident

Onların hər biri böyük bir dünyadır - Prezident

Çalışacağıq ki, bütün lazımsız söz-söhbətlər yığışdırılsın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla