Ana səhifə Toplum |
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq,
Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov mütəmadi olaraq
rayonlarda səfərlərdə olur, vətəndaşların qəbulunu, ictimaiyyət
nümayəndələri ilə görüşlər keçirir.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən
məlumatda bildirilib ki, Fövqəladə Hallar naziri tərəfindən qəbul
edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini
tapır, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal
zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların
rəhbərlərinə tapşırıqlar verilir və icrası nəzarətə götürülür,
səsləndirilən təkliflər qeydə alınaraq sonradan iş prosesində
nəzərə alınır:
"Belə ki, nazirin qəbulları və ictimaiyyət nümayəndələri ilə
görüşləri zamanı səsləndirilmiş təklif və müraciətlər də nəzərə
alınmaqla, təkcə 2016-cı ilin ötən dövrü ərzində yanğınlarla
mübarizənin daha operativ təşkili məqsədilə Dövlət Yanğından
Mühafizə Xidmətinin zəruri texnika və avadanlıqlara malik 7 yeni
Yanğından Mühafizə Hissə və Bölməsi fəaliyyətə başlayıb. Cəmi 266
nəfər şəxsi heyətlə təmin olunması nəzərdə tutulan bu hissə və
bölmələr hələlik ümumilikdə 101 nəfərlə komplektləşdirilib. Belə
ki, bunlardan Sumqayıt şəhəri 24 saylı Yanğından Mühafizə Hissəsi
62 nəfərlik ştat vahidindən hələlik 39 nəfərlə, Sabunçu rayonu 24
saylı Yanğından Mühafizə Bölməsi (YMB) 38 nəfərə qarşı 12 nəfərlə,
Sumqayıt şəhəri 34 saylı YMB 38 nəfərə qarşı 19 nəfərlə, Goranboy
rayonu (Tapqaraqoyunlu kəndi) 65 saylı YMB 24 nəfərə qarşı 2
nəfərlə, Nizami rayonu 20 saylı YMB 38 nəfərə qarşı 5 nəfərlə,
Suraxanı rayonu 28 saylı YMB 38 nəfərə qarşı 24 nəfərlə
komplektləşdirilib. Həm bu hissə və bölmələrdə boş qalan yerlərin
doldurulması, həm də hələlik əməkdaşların ezam olunması hesabına
fəaliyyətə başlamış Ağcabədi rayonu 50 saylı YMB-nin yaxın
zamanlarda 28 nəfər şəxsi heyətlə komplektləşdirilməsi həyata
keçiriləcək.
Bundan əlavə, ümumilikdə 352 nəfərlik şəxsi heyəti özündə
birləşdirəcək 12 yeni Yanğından Mühafizə Bölməsi, o cümlədən hər
birində 28 nəfər şəxsi heyət olmaqla Quba rayonu 99 saylı və Qəbələ
rayonu 96 saylı YMB-nin, hər birində 38 nəfər şəxsi heyət olmaqla
Binəqədi rayonu 3, 4, 5 saylı və Qaradağ rayonu 16 saylı YMB-nin,
hər birində 24 nəfər şəxsi heyət olmaqla Qax rayonu 92 saylı,
Balakən rayonu 57 saylı, Salyan rayonu 117 saylı, Qəbələ rayonu 97
saylı, Qusar rayonu 100 saylı və Füzuli rayonu 69 saylı YMB-nin
yaxın zamanda fəaliyyətə başlaması nəzərdə tutulur".
Qeyd olunub ki, ölkə ərazisində yanğından mühafizə işinin yüksək
səviyyədə təşkili, yanğınlarla operativ və fasiləsiz mübarizənin
təmin edilməsi məqsədilə yeni yanğından mühafizə bölmələrinin
yaradılması, onların ən müasir texnika və avadanlıqlarla, kadr
heyəti ilə təchiz edilməsi istiqamətində zəruri tədbirlər
görülür.
Tarix
2016.03.03 / 18:00
|
Müəllif
Axar.az
|