Yuxarı

Havanın temperaturu normadan bu qədər yüksəkdir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər ölkə ərazisinə cənubdan daxil olan isti hava dalğasının təsiri nəticəsində mülayim cənub-şərq küləkləri fonunda ölkə ərazisində yüksək temperatur şəraiti qeydə alınır. Hazırda havanın temperaturu iqlim normasından yüksəkdir.

Axar.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

Xidmət rəisi qeyd edib ki, aprel ayı ərzində temperatur iqlim normasından 12 dərəcə yuxarı qeydə alınıb. Aylıq maksimal temperatur aprelin 27-də Bakıda və Abşeron yarımadasında 30, bölgələrdə isə 32 dərəcəyə çatıb.

Xidmət rəisinin sözlərinə görə, aprel ayında yüksək temperatur şəraiti qeydə alınsa da, rekord göstərici yenilənməyib. Çoxillik məlumatlara əsasən aprel ayının rekord göstəricisi 1998-ci və 2012-ci illərdə qeydə alınıb, həmin vaxt Bakıda 31,5, bölgələrdə isə 36-38 dərəcə isti olub.

“Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin mayın 2-dək davam edəcəyi və havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 25-30, bəzi bölgələrdə isə 27-32 dərəcə isti olacağı gözlənilir”, - deyə N.Mahmudov qeyd edib.

Tarix
2024.04.29 / 17:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qazax-Tavuş istiqamətində hansı üstünlüyü əldə etmişik?

Çevriliş cəhdi: Baxçalı Türkiyəni xilas edir - Oqtay

Bakı ilə protokolun imzalanması böyük uğurdur

Əliyevlə Lukaşenkonun təkbətək görüşü başladı

Lukaşenkonun rəsmi qarşılanma mərasimi oldu - Foto

Səfirimiz, diasporumuz İlhan Aşkını tək qoydu

Sülhməramlıların çıxarılması mərasimi - Yeni video

Putinin TŞ-də MDB təlimatı: Rusiya nədən narahatdır?

Tavuşda niyə 1976-cı il xəritəsi əsas götürüldü? – İrəvanın izahı

Ermənistanın Gürcüstana yolu nəzarətimizə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla