Yuxarı

Tanınmış sayt kömək istədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış sayt kömək istədi

Sumqayıtda fəaliyyət göstərən regional informasiya portalı "Xeberle.com" bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb.

Axar.az xəbər verir ki, bununla bağlı sayt təsisçiləri açıqlama yayıb.

Açıqlamada yaxın vaxtlarda media orqanının fəaliyyətini dayandıra biləcəyi qeyd olunub:

"Artıq 4 ildir ki, "Xeberle.com" Sumqayıt şəhərinin ictimai-sosial, siyasi, mədəni həyatında baş verən hadisələri dolğun və operativ şəkildə oxucularına çatdırır. Portalın təsisçiləri tərəfindən ötən ilin aprel ayında Sumqayıt TV (www.sumqayit.tv) adlı onlayn televiziya da yaradılıb. 6 ay fəaliyyət göstərən Sumqayıtın ilk internet televiziyası müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Ölkədə və regionda son bir ildə baş verən iqtisadi proseslər reklam bazarına, eləcə də gəlirlərə mənfi təsir göstərib. Hər gün minlərlə oxucusunun informasiya təminatçısı olan portal hazırda ciddi maliyyə böhranı keçirir. Bu da fəaliyyətimizə, birbaşa işimizin keyfiyyətinə mənfi təsir göstərməkdə davam edir. Artıq saytın fəaliyyətini əvvəlki kimi davam etdirmək gücündə deyilik. Saytda çalışan işçilər ixtisar edilib. Bütün bunlar bir daha onu göstərir ki, sayt ciddi maliyyə sıxıntıları keçirir və belə davam edərsə yaxın zamanlarda fəaliyyətini tamamilə dayandıra bilər".

Sumqayıtlılara və oxuculara təşəkkür edən sayt rəhbərliyi imkanlı oxucularından dəstək istəyib:

"Hazırda düşdüyümüz çətin vəziyyətdən çıxış yolunu yalnız sadiq, imkanlı oxucularımızın bizə yardım etməsində görürük".

Tarix
2016.03.07 / 14:00
Müəllif
Axar.az
Digər xəbərlər

XİN-dən Ağdaban qətliamı ilə bağlı açıqlama

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla