Yuxarı

Talıbovun fermer təsərrüfatı ləğv edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikasında "Kəhrəba Fermer Təsərrüfatı" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib.

Axar.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

Qərara əsasən, "Kəhrəba Fermer Təsərrüfatı" fəaliyyətini dayandırdığından ləğv edilib.

Xatırladaq ki, cəmi altı il fəaliyyət göstərən "Kəhrəba Fermer Təsərrüfatı" muxtar respublikanın Ali Məclisinin sabiq sədri Vasif Talıbovun zamanında yaradılıb.

Babək rayonunun Şıxmahmud kəndində yerləşən "Kəhrəba Fermer Təsərrüfatı" 26,2 hektar əkinəyararlı torpaq sahəsinə malikdir. Təsərrüfatın əkin sahəsində tütün, kartof, sarımsaq, taxıl, eyni zamanda, digər tərəvəz və bostan bitkiləri yetişdirilir. Əsasən, yerli toxum sortlarının yetişdirilməsinə üstünlük verilir. Burada Naxçıvan Dövlət Universitetinin Torpaqşünaslıq və Aqrokimya İxtisasının tələbələri də ənənəvi olaraq təcrübə keçiblər.

Fermer təsərrüfatının qanuni təmsilçisi isə əməkdar kənd təsərrüfatı işçisi Rahət Hacıyevdir.

Tarix
2024.05.23 / 17:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xovayev Bakıya gəldi, Rokföy isə oyundankənardır

Paşinyan inandırıcı addım atdı, dəhliz isə... - Uorlik

Ermənistana bunun üçün dəfələrlə təklif göndərmişik

Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür

Qərar verirlər, ancaq bunun arxasında... - General

ABŞ-da Bakı və İrəvan arasında müzakirə keçirilir

Bakı və Moskva arasında məsləhətləşmələr keçirildi

Azərbaycan XİN Sloveniyanı təbrik etdi

XİN rəhbəri İqor Xovayev ilə görüşdü

Bakı ilə əlaqələrin çiçəklənmə dövrünü yaşayırıq

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla