Yuxarı

Pakistanın ölkəmizdəki səfiri ADU-nun qonağı oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pakistanın ölkəmizdəki səfiri ADU-nun qonağı oldu

Mayın 27-də Azərbaycanda diplomatik fəaliyyətini başa vuran Pakistanın ölkəmizdəki səfiri Bilal Hayen ADU-nun qonağı olub.

Axar.az xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla səfiri salamlayıb, diplomat Bilal Hayenin Azərbaycanda səmərəli fəaliyyəti haqqında danışıb.

Qeyd olunub ki, dost və qardaş Pakistan xalqının dəstəyini Azərbaycan xalqı hər zaman hiss edib və bu dəstəkdən məmnun olub:

“Mən sizə öz adımdan, həmkarlarımın adından gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm. İnanıram ki, Azərbaycana olan sevginiz, məhəbbətiniz sonrakı fəaliyyətinizdə də davam edəcək. Biz sizinlə çox gözəl ideyaları gerçəkləşdirdik, həm ADU-da, həm də Pakistanda qarşılıqlı elmi, mədəni əlaqələrimizin qurulması baxımından son dərəcə mühüm layihələrə imza atdıq. Əlbəttə, bütün bunlar olduqca vacib tarixi hadisələr idi.

Ümid edirəm ki, bu işlər davam edəcək və universitetlər arasında elmi, mədəni əlaqələr daha da inkişaf edəcək. Bir daha sizə işinizdə uğurlar arzu edirəm”.

Qonaqpərvərliyə və xoş sözlərə görə təşəkkürünü bildirən səfir ADU-da keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətindən, tələbələrin bilik və bacarıqlarından danışıb.

Qeyd olunub ki, ADU son illər beynəlxalq əlaqələrin qurulması, inkişaf etdirilməsi baxımından bir sıra uğurlara imza atıb.

Görüş gələcək elmi əməkdaşlığın yeni istiqamətləri ətrafında müzakirələrlə davam edib.

Tarix
2024.05.28 / 00:33
Müəllif
Axar.az
Digər xəbərlər

Münaqişələr həm də informasiya məkanında aparılır - Hacıyev

Bu gün Polad Həşimovun şəhid olmasından 6 il ötür

Bu il Ağdama nə qədər adam köçürüləcək?

DİM-dən bu iddialarla bağlı açıqlama

Slovakiya prezidenti Füzuliyə gəldi - Foto

Baş Qərargah rəisi Muraveyko ilə görüşdü - MN

XİN: Bu federasiya ilə anlaşma memorandumu imzalandı

Prezident IV Şuşa Qlobal Media Forumunun açılışında... - Foto

Cahangir Əsgərovun ailə şirkətinin kapitalı kəskin azaldı

Prezidentdən Mirşahinə: Bunu sizin qədər bilən ikinci şəxs...

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla