Yuxarı

Rahat yatmaqla bağlı formul - “10-3-2-1-0”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadalı idman müəllimi Ballantin yuxu haqda maraqlı bir formul hazırlayıb.

Axar.az xəbər verir ki, özünü daim yorğun hiss edənlər, yaxşı yata bilməyənlər və səhər tez oyanmaqda çətinlik çəkənlər üçün kanadalı idman müəllimi Kreq Ballantin çox sadə bir formul kəşf edib. İndiyədək elmi araşdırmalarını və təcrübələrini bir yerə gətirən Ballantin formulunu "10-3-2-1-0" rəqəmləri ilə sıralayıb.

3 rəqəmi yatmazdan 3 saat əvvəl yemək yeməyin və alkoqollu içkilər qəbul etməməyin deməkdir. 2 rəqəmi isə yatmağa iki saat qalmış işləməyi bir kənara qoyun mənasına gəlir. Ballantinin formulundakı 1 rəqəmi yatağa girməyə 1 saat qalmış televizor, kompüter və telefonun ekranına baxmamaq anlamındadır. Formuldakı 0 isə səhər zəngli saatınızı ertələmə düyməsinə heç basmayın, çaldığı zaman yuxudan qalxın, mənasına gəlir.

Qeyd edək ki, daha əvvəl yaxşı yatmağın sirrini araşdıran Harvard məzunu olan həkim Andrea Vayl "4-7-8" adlandırdığı texnikasını açıqlamışdı. Vaylın texnikası isə "Yatağa uzandıqdan sonra 4 dəfə səssizcə burnundan nəfəs al. Nəfəsini tut və 7-ə qədər say. Daha sonra 8 saniyə boyunca üfləyərək nəfəsini ver. Eyni şeyi 3 dəfə təkrarla" təlimatlarından ibarət idi. Vayl bu vəziyyət davam edəcəyi təqdirdə qısa bir müddətdə yuxuya gedilə biləcəyini deyib.

Tarix
2016.03.12 / 01:40
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla