Yuxarı

Bayram yarmarkaları başladı - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novruz bayramı ilə əlaqədar Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun əhalisinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə martın 12-dən 20-dək Kənd Təsərrüfatı Nazirliyi Bakı şəhərinin müxtəlif rayonlarında, Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində kənd təsərrüfatı məhsullarının satış yarmarkalarını təşkil edir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumatda bildirilib ki, yarmarkaların mütəşəkkil keçirilməsi üçün nazirliyin mütəxəssislərindən ibarət işçi qrupları yarmarkalara təhkim olunaraq satılan kənd təsərrüfatı məhsullarının keyfiyyətinə, istehlak üçün yararlı olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər.

Eyni zamanda, yarmarkalarda satılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

Yarmarkalar Bakı şəhəri üzrə: Xətai rayonu (Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı), Nərimanov rayonu (Keşlə bazarının ərazisi), Səbail rayonu (Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası), Suraxanı rayonu (Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı), Binəqədi rayonu (Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı), Sumqayıt şəhəri üzrə (2 yerdə): 12-ci mikrorayon, köhnə avtovağzalın yanı, Abşeron rayonu üzrə: Xırdalan qəsəbəsi (Şahmat məktəbinin yanı) ünvanlarında təşkil olunacaq.

Tarix
2016.03.12 / 11:02
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Bakı və Ankaranı cilovlamalıyıq ki... – Paşinyan

Prezident Quterreşin xüsusi müşavirini qəbul etdi

Paşinyan Başkənddən danışdı: Məsələni qaldırdıq...

"Qara beretlilər" sərhədimizdə “Üzük” əməliyyatı keçirir

Ermənilərin Vardanyanla bağlı şok planı...

ABŞ-ın sanksiya tətbiq etdiyi ilk Azərbaycan şirkəti...

Ukrayna Azərbaycana çağırış etdi

İrəvan sərhədimizdə nə planlaşdırır? - Nikolun məqsədi

Bakı buna imkan vermir – ABŞ unutmayacaq...

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla