Yuxarı

Sumqayıtda narkotik əməliyyatı: həbs var - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsiliyyətə cəlb edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin satışını həyata keçirən şəxslər zərərsizləşdirilib. Daxil olan əməliyyat məlumatı əsasında Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Xandadaş Mirzəyevdən 10,21 qram heroin götürülüb. Onun evinə baxış zamanı isə əlavə olaraq satmaq niyyəti ilə gizlətdiyi 652 qram heroin aşkar edilib.

Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat-axtarış tədbiri də uğurla nəticələnib. Belə ki, şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Əhmədovdan 507,12 qram heroin və 3 kiloqram 105 qram marixuana götürülüb.

Saxlanılan şəxslərin üzərlərinə və yaşadıqları mənzillərə baxış zamanı isə əlavə olaraq soyuq silah hesab olunan bıçaq və beşbarmaqlar, narkotik vasitələrin satışını həyata keçirmək üçün istifadə etdikləri elektron tərəzilər və inyeksiyalar da aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Sumqayıt ŞPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Tarix
2016.03.12 / 12:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Millət vəkili sirri açdı: Gömrük buraxır, AQTA “görmür”...

Azərbaycan və Bolqarıstanın birinci xanımları görüşdü

Prezidentlərin geniş tərkibdə görüşü başladı

Əliyevlə Radev arasında təkbətək görüş başa çatdı

Sülhməramlıların son partiyası Qarabağı tərk edir - Video

Bolqarıstan prezidentinin rəsmi qarşılanma mərasimi...

Xəritələri Paşinyan yox, Əliyev diktə edir - Hüseynov

Ərdoğan bu gün Əsədovu qəbul edəcək

Bunu Əliyevə dedim, çox maraqla yanaşdı – Fitso

Sərhəd hansı xəritələrlə çəkilir? - Paşinyana cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla