Yuxarı

Cəbrayılda sursat partladı: ANAMA əməkdaşı həlak oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəbrayılda sursat partladı: ANAMA əməkdaşı həlak oldu

İşğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində 2024-cü il 21 iyun tarixində sursat partlayışı hadisəsi baş verib.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıb.

Qeyd edilib ki, ərazidə icra edilən minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində Agentliyin əməkdaşı 1980-ci il təvəllüdlü İsayev Raqif Deputat oğlu həyatını itirib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan əməkdaşlar rayon xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir. "Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur.

Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır", - məlumatda bildirilib.

Tarix
2024.06.21 / 11:34
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla