Yuxarı

Rezidenturaya qəbul imtahanının nəticələri açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rezidenturaya qəbul imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçün 23 iyun 2024-cü il tarixində keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının ikinci cəhdinin nəticələrini elan edib.

DİM-dən Axar.az-a verilən məlumata görə, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1373 namizəddən 59 nəfəri imtahana gəlməyib. 436 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib. Müsabiqə şərtini ödəyənlərdən 246 nəfər 4 və ya 5-ci kurs tələbələridir.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.

İyunun 23-də keçirilən imtahanda 84 nəfər bu ilin, 106 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 190 namizəd ikinci mərhələyə buraxılıb.

Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 442 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır.

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 25 iyun saat 10:00-dan 26 iyun saat 17:00-dək müraciət edə bilərlər.

Qeyd edilib ki, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) avqustun 4-də keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq “məqbul” nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar.

Tarix
2024.06.24 / 16:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Bərdədə törətdiyi terrordan beş il ötür

"Seçilmişlər": Rusiyaya göndərilən məxfi məktubun şifrələri

Daha bir deputat partiyadan çıxarılır?

Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov

Prokurorluğun sorğusu əsasında qərar qəbul edildi

Paşinyan getsə, revanşist gəlsə, nə baş verəcək? - Zülfüqarov

Pulsuz dərmanların verilməsiylə bağlı təklif qəbul edildi

HƏMAS daha bir cəsədi qaytarır

İş adamı Yusif Xəlilov azadlığa buraxıldı

Mehdiyev dövləti bu 50 nəfərlə "idarə edəcəkmiş" - Şok siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla