Yuxarı

ABB-dən Bolt sürücülərinə özəl Visa kartı!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABB Visa və Bolt şirkəti ilə tərəfdaşlıq əsasında yeni kobrend kartını təqdim edib.

Bu kart Bolt-la əməkdaşlıq edən taksi sürücüləri üçün nəzərdə tutulub. Onlar kartı “Business İnternet Bank” sistemindən əldə edib onun imkanlarından faydalana bilərlər.

Həm debet, həm kredit funksiyasını özündə birləşdirən bu kart sürücülərin də, sərnişinlərin də işini xeyli asanlaşdırır. Sərnişinlərin nağdsız şəkildə ödədikləri gedişhaqqı birbaşa sürücünün kobrend kartına köçürülür. Taksi sürücülərinə bu kartdan kredit kartı kimi də istifadə etmək imkanı yaradılıb. Kart üzrə kredit limitini artırmaq, əlavə edilmiş vəsaitlərlə ödənişlər aparmaq olar.

Kartın başqa üstünlükləri də var. Sürücülər bu kartla ABB-nin “Fayda” loyallıq sisteminə və “Fayda Max” proqramlarına qoşulurlar. ABB onların fərdi ehtiyaclarına, müştəri təcrübələrinə uyğun maraqlı imkanlar yaradıb. Belə ki, taksi sürücüləri ən çox istifadə etdikləri məkanlarda – yanacaqdoldurma məntəqələrində, avtomobillər üçün ehtiyat hissələri satılan mağazalarda, bəzi kafe və restoranlarda bu kartla yüksək keşbek qazanacaqlar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Tarix
2024.06.28 / 15:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Füzuliyə müntəzəm aviareyslər açılır - Qiymət elan edildi

Şəhərlərarası müntəzəm marşrutlarda yeni qiymət

Ərdoğan Azərbaycana gəlir

Ermənilər qorxuya düşdü: Pezeşkian Bakı və Ankara ilə…

Pezeşkian Cəlili ilə debata çıxır

Ərdoğan Azərbaycanla bağlı sənədə düzəliş etdi

Pezeşkiana qarşı niyə Cəlili gücləndirilir?

Azərbaycanlı İranda prezident seçilsə… - Bakıdan baxış

Seçkiqabağı təşviqatın başlanma və bitmə tarixi

Siyasi partiyaların bu seçkidə iştirakı... – MSK sədri

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla