Yuxarı

Azərbaycanda bu şirkət 20 min cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salmanoğlu İnşaat-79 Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında Yevlax rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Axar.az-a Yevlax Rayon Prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qaunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən bir neçə şəxsin rayon ərazisində aparılan inşaat zamanı işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Yevlax Prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Tarix
2024.06.28 / 15:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Füzuliyə müntəzəm aviareyslər açılır - Qiymət elan edildi

Şəhərlərarası müntəzəm marşrutlarda yeni qiymət

Ərdoğan Azərbaycana gəlir

Ermənilər qorxuya düşdü: Pezeşkian Bakı və Ankara ilə…

Pezeşkian Cəlili ilə debata çıxır

Ərdoğan Azərbaycanla bağlı sənədə düzəliş etdi

Pezeşkiana qarşı niyə Cəlili gücləndirilir?

Azərbaycanlı İranda prezident seçilsə… - Bakıdan baxış

Seçkiqabağı təşviqatın başlanma və bitmə tarixi

Siyasi partiyaların bu seçkidə iştirakı... – MSK sədri

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla