Yuxarı

Ermənistanla sülh sazişinə azərbaycanlıların reaksiyası

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində müsbət dinamikanı nəzərə alan Sosial Araşdırmalar Mərkəzi bu məsələ ilə bağlı ictimai rəyi öyrənmək məqsədilə əhali arasında sorğu keçirib.

Axar.az xəbər verir ki bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.

2024-cü ilin iyununda keçirilən sorğunun nəticələrinə əsasən, “Siz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarısınızmı?” sualına respondentlərin 83,8%-i “bəli, dəstəkləyirəm”, 13,5%-i “xeyr, dəstəkləmirəm” deyə cavab verib, 2,7% bu məsələyə münasibət bildirməkdə çətinlik çəkib.

Sorğunun nəticələri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə cəmiyyətdə geniş dəstəyin olduğunu göstərir. Sosial Tədqiqatlar Mərkəzinin bu mövzuda keçirdiyi əvvəlki sorğuların nəticələri də cəmiyyətdə sülh müqaviləsinin imzalanmasına münasibətdə müsbət tendensiyanın olduğunu deməyə əsas verir.

Qeyd edək ki, sorğular 2024-cü ilin 10 iyun - 22 iyun tarixlərində, yaşı 18 və yuxarı olan 1152 respondent arasında kompüter dəstəkli şəxsi (üz-üzə) müsahibə üsulundan istifadə olunmaqla keçirilib.

Tarix
2024.07.04 / 15:58
Müəllif
Сəlal İsgəndərov
Şərhlər
Digər xəbərlər

Pezeşkianın prezident seçilməsinə ABŞ-dan reaksiya

Azərbaycanlı prezident İranı necə xilas edəcək?

Türk dövlətləri üçün yeni era Şuşada başladı

Əliyev dəvət etdi: Pezeşkianın ilk xarici səfəri hara olacaq?

TDT liderləri Azərbaycana təşəkkür etdi

Şuşada Qarabağ Bəyannaməsi imzalandı - Tam mətn

Hakan Fidan: Can Azərbaycanı buna görə təbrik edirəm

Orban Füzuli hava limanında: səfəri başa çatdı - Foto

Özbəkistan liderinin də Şuşa səfəri başa çatdı

Tokayevin Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla