Yuxarı

"Kapital Bank"ın dəstəyi ilə müsabiqə başa çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi ölkənin birinci bankı Kapital Bank-ın dəstəyi və Bakı Mühəndislik Universitetinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin 10 və 11-ci sinif şagirdlərini, eləcə də onların müəllimlərini əhatə edən “My Technology” müsabiqəsinə start verilmişdi.

Axar.az xəbər verir ki, məktəblilər arasında sahibkarlıq düşüncəsinə malik olan şagirdləri müəyyənləşdirməyi hədəfləyən müsabiqəyə ümumilikdə 140 layihə ilə müraciət edilib. Onlardan perspektivli 30 layihə final mərhələsi hesab edilən sərgidə iştirak etmək şansı qazanıb. Komandalar öz ideyalarını münsiflər heyətinə təqdim etməklə qalib adı uğrunda mübarizə aparıblar. Münsiflər heyəti tərəfindən qiymətləndirilən startap layihələr arasından ən yaxşı 5 layihə qalib seçilib.

Naxçıvan Muxtar Respublikasını təmsil edən “GreenExchange” komandası 5-ci, Quba-Xaçmaz regionundan olan “Trinity Panel” komandası 4-cü, Abşeron-Xızı regionundan müsabiqəyə qatılan “SpecDeaf” komandası 3-cü, “CO2toD Project” komandası isə 2-ci yerə layiq görülüb. Müsabiqənin qalibi adını Quba-Xaçmaz regionunu təmsil edən “The Right Way” komandası qazanıb.

Qalib gələn komandalar Kapital Bank və BMU tərəfindən sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
10 və 11-ci sinif şagirdlərinin, həmçinin onlara mentorluq edən müəllimlərin iştirak etdiyi müsabiqə innovasiya ekosisteminin formalaşması və inkişafına töhfə vermək məqsədilə həyata keçirilib.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 120 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün bu link, Birbank kartı sifarişi üçün isə bu link.

Tarix
2024.07.04 / 20:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağ Bəyannaməsində xüsusi bənd: TDT dəstək verəcək

Azərbaycan Türk dünyasının güclənməsinə töhfə verir

Pezeşkianın andiçmə mərasimi bu tarixdə keçiriləcək

Pezeşkianın prezident seçilməsinə ABŞ-dan reaksiya

Azərbaycanlı prezident İranı necə xilas edəcək?

Türk dövlətləri üçün yeni era Şuşada başladı

Əliyev dəvət etdi: Pezeşkianın ilk xarici səfəri hara olacaq?

TDT liderləri Azərbaycana təşəkkür etdi

Şuşada Qarabağ Bəyannaməsi imzalandı - Tam mətn

Hakan Fidan: Can Azərbaycanı buna görə təbrik edirəm

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla