Yuxarı

Ərəb ölkələrinin səfirləri ADU-da – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dillər Universiteti (ADU) beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində daha yeni bir uğura imza atıb. İyul ayının 4-də universitetdə Şeyx Zayed adına Ərəb dili auditoriyasının təntənəli açılış mərasimi olub.

Axar.az xəbər verir ki, tədbirdə ADU-nun rəhbərliyi, professor-müəllim heyəti, ərəb dövlətlərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin Dövlət Himni səsləndirilib.

Açılış nitqi ilə çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd əl-Bluşi bildirib ki, Azərbaycan Dillər Universitetində fəaliyyətə başlayan Şeyx Zayed adına Ərəb dili auditoriyası ölkələrimiz arasında mədəniyyət, təhsil və digər sahələr üzrə əlaqələrin davamlılığını təmin edəcək. İki ölkə arasında mənəvi körpü rolunu oynayacaq bu mərkəz ərəb dilini dərindən öyrənmək, Birləşmiş Ərəb Əmirlikləri haqqında məlumat əldə etmək istəyən gənclərin əsas maraq məkanına çevriləcək.

ADU-da ərəb dili auditoriyasının açılışına göstərdiyi dəstəyə görə universitetin rektoru, akademik Kamal Abdullaya təşəkkürünü bildirən səfir bu qurumun fəaliyyətinin ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib.

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla tədbirin əhəmiyyətindən söz açıb:

“Bu gün tarixi bir gündür. Azərbaycan Dillər Universitetində Şeyx Zayed adına Ərəb dili auditoriyasının fəaliyyətə başlaması yeni elmi və mədəni əlaqələrin qurulması, gələcək uğurların təməli deməkdir. Bu münasibətlə elm ictimaiyyətini, təhsil nümayəndələrini ürəkdən təbrik edirəm”.

Rektor çıxışında bildirib ki, Şeyx Zayed adına Ərəb dili auditoriyası Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyətini, tarixini daha dərindən öyrənmək üçün əlverişli imkanlar yaradıcaq:

“İnanıram ki, mərkəzin potensialından istifadə edən gənclər ərəb mənəvi dünyasına daha yaxın olacaq, ərəb mədəniyyətinin özəllikləri ilə yaxından tanış olacaqlar. Çox istərdim ki, Azərbaycan mədəniyyətinin də səsi Birləşmiş Ərəb Əmirliklərindən, bütün ərəb dövlətlərindən gəlsin. Bizim bu istiqamətdə cənab səfirlə ciddi düşüncələrimiz var. Bu vacib ideyanın həyata keçirilməsi üçün çalışacağıq”.

Açılış mərasiminin sonunda Birləşmiş Ərəb Əmirlikləri haqqında qısa film nümayiş etdirilib, xatirə şəkli çəkdirilib.

Tarix
2024.07.04 / 22:58
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Samir Nuriyevə yeni vəzifə verdi - Sərəncam

Azərbaycan XİN Danimarkanı təbrik etdi

Paşinyan 3-cü savaşa başladı, ermənilərə çağırış etdi

Mişustin Azərbaycanı da bu sistemə qoşulmağa çağırdı

Arxivdən Bakıya material ötürülüb? – İrəvan casus axtarır

Deputatdan müjdə: Bu, maaşların artmasına səbəb olacaq!

Əli Əsədov Düşənbədə mühüm görüşdə iştirak edir

Rusiyada azərbaycanlılara qarşı aşağılayıcı söz: “Oğlu…”

Bayraqdar Azərbaycanda qurduğu şirkətdən danışdı - Video

Prezidentlər Bakı-Təbriz reysinə də diqqət ayırdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla