Yuxarı

“Halal otel” kimlərə xidmət göstərəcək? - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Halal otel” konsepti dünyada uzun müddətdir var. Azərbaycanda bu, tendensiya olaraq yeni olsa da, ümumilikdə az sayda otel bir müddətdir halal konsept ilə xidmət göstərir.

Bu sözləri Axar.az-a turizm eksperti Əziz Şiriyev Azərbaycanda "halal otel" sertifikatının veriləcəyi ilə bağlı xəbərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, belə otellərin daimi müştəriləri də az deyil:

“Həmin otellərə başqa konseptləri sevməyən qonaqlar gəlir. Bu, ailəvi olaraq dindar olanlar, yaxud halallığa daha çox önəm verən kəslərdir. Bu tip otellərdə ekstra qonaqların, başqa xanımların məkana daxil olmasına imkan verilmir, menyu belə halal qidalardan tərtib edilir, donuz əti, spirtli içki kimi dində haram buyrulan məqamlara diqqət yetirilir. Elə otellər var - bura dənizkənarı, yaxud şəhər otelləri də daxildir - hovuza, dənizə belə bəylər ayrı, xanımlar ayrı gedir. Hazırda buna tələbat olduğu üçün dünyada da “halal otel” konsepti artmaqdadır. Bu, turistlərin istəyinə uyğun qurulmuş ailə konseptidir. Unutmaq olmaz ki, hər bir konseptin öz müştərisi var. Bunu bəyənənlər isə əsasən ərəb ölkələrindən gələn turistlərdir”.

Tarix
2024.07.05 / 08:30
Müəllif
Aytac Araz
Şərhlər
Digər xəbərlər

Orbandan Şuşaya səfərlə bağlı Borrelə sərt cavab

Orbanın Şuşa səfərinə AP-dən “biabırçı” reaksiya

Bakı və Ər-Riyad ikitərəfli münasibətləri müzakirə etdi

İrəvan hərbi gücünü artırır: eskalasiya riski… - “Moody's”

Buna görə İlham Əliyevə minnətdaram - Tatar

Şuşa sammiti Borrelli dəli etdi: Orbanı hədəf aldı

Qarabağ Bəyannaməsində xüsusi bənd: TDT dəstək verəcək

Azərbaycan Türk dünyasının güclənməsinə töhfə verir

Pezeşkianın andiçmə mərasimi bu tarixdə keçiriləcək

Pezeşkianın prezident seçilməsinə ABŞ-dan reaksiya

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla