Yuxarı

Bakıda zəncirvari qəza baş verdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, Aeroport şosesində Dövlət Yol Polisi (DYP) avtomobili də daxil olmaqla bir neçə maşın toqquşub. Avtomobillərə ciddi ziyan dəyib.

Hadisə ilə bağlı açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Toğrul Nəsirli faktı təsdiqləyib.

Onun sözlərinə görə, bu gün saat 13:00-da paytaxtın Xəzər rayonu ərazisində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib:

"Yol Patrul Xidmətinin avtomobili xidmət apararkən "Nissan" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq arxadan ona çırpılıb. Daha sonra nəqliyyat vasitəsi yolun hərəkət hissəsinə çıxıb. Orada evakuator "Nissan"ı vurmamaq üçün manevr edərək əks istiqamətə çıxıb və qarşıdan gələn "Toyota" markalı nəqliyyat vasitəsinə çırpılıb.

İlkin məlumata əsasən, "Toyota" markalı nəqliyyat vasitəsinin sürücüsü xəsarət alıb".

Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.

Tarix
2024.07.06 / 17:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ Azərbaycana sanksiyanı niyə tətbiq edib?

Azərbaycan şəhərlərinin bombalanmasından 4 il ötür

Bakı Boqota ilə ilk dəfə siyasi məsləhətləşmələr keçirdi

Prezidentdən Cəbrayılla bağlı paylaşım - Video

Lavrov Rəhman Mustafayevlə görüşdü - Foto

İran ən ağır ssenariyə hazırlaşır: Xamenei öldürülərsə…

İsrailin Bakıdakı səfirliyində görünməmiş təhlükəsizlik tədbiri

Rusiya Talibanı terror təşkilatları siyahısından çıxarır

Bu sənədləri təqdim edənə 6 min manat veriləcək

İlham Əliyev Cəbrayılda mühüm mesaj verdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla