Yuxarı

ABB daha bir maraqlı hesabat yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABB daha bir faydalı araşdırma-hesabatını ictimaiyyətə təqdim edib. Araşdırma ölkəmizin turizm sektoru ilə bağlıdır. “Rəqəmlərlə turizm: Azərbaycan turizm sektorunun statistik mənzərəsi” adlı hesabat 2022-2023-cü illərə aid məlumatları əhatə edir.

Burada xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının, eləcə də ölkəmizə səfər edən əcnəbi turistlərin müxtəlif kateqoriyalar üzrə bölgüsü, əsas xərclərinin təhlili aparılıb. Vətəndaşlarımızın ən çox səfər etdikləri ölkələr, həmçinin Azərbaycana ən çox səfər edən ölkələrin vətəndaşları ilə bağlı əsas tendensiyalar izlənib.

Hesabatda daxili turizm, Azərbaycana səfər edən xarici turistlərin ən çox getdikləri regionlarımız, ölkəmizdəki otel və bu tipli obyektlərin fəaliyyəti haqqında da maraqlı məlumatlar təqdim olunur. Araşdırma turizm sektorunda baş verən əsas dəyişikliklərin, onların səbəblərinin izlənməsinə, gələcəkdə baş verə biləcək dəyişikliklərin proqnozlaşdırılmasına kömək göstərir. Araşdırma-hesabatı ABB-nin Risk ofisi hazırlayıb.

Maraqlı tərəflər üçün faydalı olan bu cür ətraflı araşdırmaların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. Belə ki, Bank bu ilin aprelində “Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili”, həmçinin “Azərbaycan üzrə pərakəndə ticarət sektorunun təhlili: trendlər və nəticələr” adlı iki hesabatını bölüşüb. ABB belə araşdırmaları davam etdirəcək. Hesabatlarla buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk əhifəsindən əldə etmək olar.

Tarix
2024.07.09 / 11:22
Müəllif
Axar.az
Digər xəbərlər

İranın məntiqsizliyi: İsrail 7 cəbhədə uğur qazanır

Bərxudarovun yerinə təyin edilən general kimdir?

İlham Əliyevin ABŞ-ı sərt tənqidi – Niyə indi, nə baş verir?

Bu adama, onun titullarına, mövcudluğuna tüpürdüm

Ermənipərəst qüvvələr xam xəyala düşüb - Qafarov

ABŞ-ın məkrli planı: Bakıdan İrəvana təslim olmasını istəyirlər

İsraillə İranın birbaşa savaşı başlayır: nələr olacaq?

Ermənistan seçim etməlidir - XİN

Bu, bütün azərbaycanlıların qürur mənbəyidir - Əmirbəyov

Bakıya bir həftədə II zərbə: Biz nəyi və niyə gözləyirik?

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla