Yuxarı

Bəzən polis silahdan ona görə istifadə etmir ki… - Kriminalist

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son iki həftə ərzində Bakı şəhərində dörd polis qətlə yetirilib. Bu, ölkədə ciddi narahatlığa səbəb olub.

Polislər cinayətkarlarla bağlı əməliyyata gedəndə hansı hazırlıqları aparmalıdırlar ki, bu cür faciə yaşanmasın?

Axar.az xəbər verir ki, kriminalist Şəmsəddin Əliyev Globalinfo.az-a açıqlamasında qısa müddət ərzində dörd polisimizin cinayətlə mübarizə zamanı qətlə yetirilməsinin Azərbaycan xalqı üçün üzücü bir xəbər olduğunu bildirib.

Kriminalistin sözlərinə görə, belə halların qarşısını almaq çox çətindir:

“Cinayətkarların saxlanılması anında polislər özlərini qorumadıqları üçün sağlamlıqlarını, bəzən də həyatlarını itirə bilirlər. Son günlər Azərbaycanda baş verən hadisələri daxildə aparılan müharibə adlandıra bilərik. Sadəcə, bu müharibə digərlərindən fərqli olaraq ölkədə sabitliyin və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilir. Belə hallarda isə tam sığortalanmaq mümkün deyil. Əgər cinayətkarı ələ keçirməyə çalışarkən polis əməkdaşları “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunda ehtiva edilən hüquqlara, maddələrə ciddi əməl etsələr, müəyyən mənada ölüm hadisələrinin qarşısını almaq olar”.

Kriminalist deyib ki, polis axtarışda olan cinayətkarı həbs etmək üçün gedəndə mütləq silahlanmalıdır:

“Hadisəni törədən şəxslər dəfələrlə məhkumluq həyatı yaşamış cinayətkarlardır. Ona görə də mərhum polisimiz cinayətkarın olduğu yerə tək deyil, ilk növbədə dəstə şəkilində gəlməli idi. Bundan başqa, polisin üzərində qandaldan tutmuş odlu silaha qədər, olmalıdır. Həmin an onlara silahdan istifadə etməsi üçün imkan yaranır. Qanunlar da buna icazə verir. Keçmiş polis əməkdaşı kimi onu deyə bilərəm ki, onlara təlimat düzgün verilməli, axtarışda olan vətəndaşın yaxalanması üçün necə yanaşmaq, nə etmək lazım olduğu, qrupda olan hər bir nəfərin vəzifəsi, kimliyi dəqiq müəyyən olunmalı idi. Hətta burada hansı hallarda silahdan istifadə edə bilmək məsələsinə qədər təlimat olmalıdır. Polis və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunda odlu silahdan istifadə etmək qaydaları var. Bu gün polislərin tələblərinə tabe olmama hərəkətləri adi hala çevrilib. İstər Dövlət Yol Polisi əməkdaşlarının tələblərinə, istərsə də ərazidə vətəndaşın təhlükəsizliyini təmin edən polislərin. Bunun üçün qanunvericilikdə dəyişiklik etməyə dəyər. Bəzən polis silahdan ona görə istifadə etmir ki, birdən sonrakı araşdırmalar onun əleyhinə olar”.

Tarix
2024.07.10 / 09:30
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən COP29-la bağlı açıqlama

Konstitusiyadan bu ifadə çıxarılmasa, sülh olmayacaq!

Prezident Aleksandr Vlaskampı qəbul etdi

Qarabağ həmişə Azərbaycanın olub - Simonyan

Azərbaycanın BRİKS-ə qoşulmaq istəyi... - Hacıyev

İtkin düşmüş bir neçə azərbaycanlının taleyi... - BMT rəsmisi

BRİKS-lə əməkdaşlıq Bakının maraqlarına cavab verir - Səfir

General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi

Bakı ilə Brüssel arasında siyasi məsləhətləşmələr oldu

İsrail Azərbaycan əsilli 7 İran casusunu həbs etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla