Yuxarı

Kosmik hava proqnozu açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kosmik hava proqnozu açıqlandı

Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Axar.az-a bildirilib ki, Günəşin səthində ləkələrin sayı qismən azalaraq 13 ləkə qrupunda 200 ləkə müşahidə olunur. Həftə ərzində Yerə istiqamətlənmiş bir neçə tac kütlə atılması qeydə alınıb.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 423 kilometr/saniyə olub. Hazırda Günəş küləyinin sürəti normaldır (294 kilometr/saniyə).

Geomaqnit sahəsi sakit səviyyədə olub.

İyulun 22-dən 28-dək C sinif alışmanın baş verməsi ehtimalı 99 faiz, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 60 faiz, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15 faiz təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə S1 səviyyəsinə yüksəlməsi ehtimalı var.

Geomaqnit sahəsinin iyulun 21-də baş vermiş plazma atılması iyulun 24-də Yerə çatarsa G1 (zəif) səviyyəli geomaqnit qasırğası ola bilər.

Tarix
2024.07.22 / 19:04
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov hərbi attaşelərlə görüş keçirdi

Ceyhun Bayramov yeni səfirlə görüşdü

2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub

Azərbaycana düşmən olanı Bakıya kim gətirir?

Kartlarla bağlı limit: İstisna hallar olacaq - Deputat

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Bakı və Bişkekin 200 milyon dollarlıq birgə fondu...

Kartlara limit tətbiq edilməsi tənqid edildi

Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq...

Nassim Taleb Azərbaycana gəlməkdən imtina etdi - Səbəb

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla