Yuxarı

Dəhşət: Ata övladlarını bıçaqladıqdan sonra intihar etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:55

Bakının Xəzər rayonunda ata iki oğlunu bıçaqlayaraq onlardan birini öldürüb.

Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

1974-cü il təvəllüdlü Rza Eyyubov əvvəlcə oğlu 2014-cü il təvəllüdlü Əli Eyyubova çoxsaylı bıçaq xəsarəti yetirib.

Ata daha sonra 4 yaşlı oğlu Teymur Eyyubova çoxsaylı bıçaq zərbəsi vurub. 10 yaşlı Əli hadisə yerində ölüb.

Ata bunu gördükdən sonra özünü bıçaqlayaraq öldürüb. 4 yaşlı Teymur Eyyubov Sabunçu Tibb Mərkəzinə çatdırılıb.

Həkimlər onu cərrahi əməliyyat ediblər. Vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunun əməkdaşları araşdırma aparırlar.

***

Bakıda 1 şəxsin qəsdən öldürülməsi, digərinin qəsdən öldürülməsinə cəhd edilməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Suraxanı rayon prokurorluğundan verilən məlumata görə, iyulun 23-də saat 01 radələrində 2 nəfərin ölməsi, 1 nəfərin isə xəsarətlər alması barədə rayon Bakı şəhəri Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla rayonun Binə qəsəbəsi ərazisində yaşayan 1974-cü il təvəllüdlü Rza Eyyubovun kəsici-deşici alətlə əvvəlcə 2 azyaşlı oğluna, daha sonra isə özünə xəsarətlər yetirməsi nəticəsində sonuncu və azyaşlılardan birinin ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisə zamanı xəsarət alan digər azyaşlı xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 29, 120.2.4, 29, 120.2.9 (xüsusi amansızlıqla və köməksiz vəziyyətdə qəsdən adam öldürmə və öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Tarix
2024.07.23 / 10:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ və Çin COP29-u müzakirə etdi - Podesta

Tarixdə ilk dəfə COP bizim regionumuzda keçiriləcək

Prezident İtaliyada mühüm forumda çıxış etdi - Video

İranın Zəngəzurla bağlı məntiqsiz açıqlamaları: Nə baş verir?

AŞPA üzvlərinə qoyulan qadağa bu halda ləğv ediləcək

Ukrayna suverenliyi üçün uğursuz səylər göstərir

Əliyev açıqladı: Rusiya-Ukrayna münaqişəsinin həllində iştirak...

Bakı bunun yolunu yaxşı bilir - Orban

İlham Əliyevin İtaliya səfəri başa çatdı

Prezidentin onunla səmimi görüşü diqqət çəkdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla