Yuxarı

Ukrayna suverenliyi üçün uğursuz səylər göstərir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvarında baş verənlər (AŞPA-da - red.) qırmızı xətti keçdi. Keçən il biz öz suverenliyimizi tamamilə bərpa etdik. Beləliklə, ötən ilin sentyabrında Azərbaycan ərazisində separatizmin kökü tamamilə kəsildi. Biz Ukraynanın etməyə çalışdığından fərqli heç nə etməmişik.

Axar.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda moderatorun suallarını cavablandırarkən deyib.

"Qərbin böyük dəstəyinə baxmayaraq, Ukrayna öz suverenliyini bərpa etmək üçün uğursuz səylər göstərir. Biz heç bir dəstək olmadan öz suverenliyimizi bərpa etdik. Məhz bundan bir neçə ay sonra AŞPA bizim nümayəndə heyətini səsvermə hüququndan məhrum etmək qərarına gəldi. Yəni, biz öz suverenliyimizi bərpa etdiyimiz üçün bizə qarşı sanksiyalar tətbiq edilib”, - İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin uzadılmasının əleyhinə səs verən AŞPA üzvlərinin “persona non-qrata” elan edilməsi qərarı adekvat olub.

“Qərarımız onlara cavab idi. Əgər qərarlarını dəyişib bizim haqqımızı bərpa etsələr, o zaman bu embarqo deyilən şey də aradan qaldırılacaq. Nümayəndə heyətimiz qayıtmalıdır, bundan sonra qadağa da götürüləcək”, - deyə dövlət başçısı əlavə edib.

Tarix
2024.09.06 / 16:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

35 məntəqə üzrə məntəqə seçki komissiyaları buraxıldı

İrəvandan Bakıdakı tədbirlə bağlı növbəti açıqlama

MSK-nın iclası başladı: seçkilərə yekun vurulur

İrəvan bu “sərhədlərlə” sülhə can atır

Bakı göstərməlidir ki, o, buna can atır - Sejurne

Baş nazirdən daha bir qərar

Vardanyanın Azərbaycandakı qanunsuz biznesi - Video

Bakı sərhədi necə müəyyən edəcək? - İrəvanla razılaşmanın sirri

Paşinyan erməni xalqından üzr istədi - Səbəb

Kremlin Bakının işinə qarışması qəbuledilməzdir - İran

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla