Yuxarı

Kremlin Bakının işinə qarışması qəbuledilməzdir - İran

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı ambisiyaları qəbuledilməzdir.

Axar.az xəbər verir ki, bu sözləri İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fəda Hüseyn Mələki deyib.

“Bu yaxınlarda Rusiya rəsmiləri Zəngəzur dəhlizi ilə bağlı iddia irəli sürüblər və bu məsələ İran xalqı və parlament üçün qəbuledilməzdir, ona görə də Xarici İşlər Nazirliyi bu münasibətlə Rusiyaya ciddi xəbərdarlıq etməlidir”, - Məliki parlamentin iclasında bildirib.

O xatırladıb ki, İran Ukrayna müharibəsində Rusiyanın tərəfində olmaqda ittiham olunur, ruslar isə İranın üç adasını (Böyük və Kiçik Tunb və Əbu Musa – red.) Birləşmiş Ərəb Əmirliklərinə aid hesab edir və Zəngəzur dəhlizi ilə bağlı iddialar irəli sürürlər.

Məlaki həmçinin vurğulayıb ki, Rusiya Azərbaycan və Ermənistanın işlərinə qarışır və bu, İran üçün də qəbuledilməzdir.

Tarix
2024.09.15 / 22:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Məşhur şirkət müflis olur? Milyonları geri çəkdi

Səfirimiz Lavrovla bir araya gəldi - Foto

ADU ilə TİF əməkdaşlıq sazişi imzaladı

ABŞ-dan İrəvana hərbi yardımın artırılmasına reaksiya

Azərbaycan itirdiyi əraziləri azad edə bilib - Lemmi

İranın yüksək rütbəli zabitləri Azərbaycan səfirliyində

Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - Foto

Bakı və Daşkənd arasında məsləhətləşmələr keçirildi

"Qisas" əməliyyatından görüntülər yayıldı - Video

Bu nazirin müavinlərinin sayı artırıldı - Fərman

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla