Yuxarı

Maaş, pensiya və müavinətlər artacaq: 2 milyard ayrıldı...

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025-ci ildə Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olması nəzərdə tutulur.

Axar.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hesabatında bildirilib. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 13,8% çoxdur.

Eyni zamanda Azərbaycanın 2025-ci il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən "Azəri layt" (Azeri Light) markalı neftin 1 barrelinin qiyməti 70 ABŞ dolları götürülüb. Bu rəqəm 2024-cü illə müqayisədə 5 ABŞ dolları azdır.

Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin artırılmasını nəzərə alsaq, bunun pensiya, maaş və müavinətlərə necə təsir edəcəyi maraqla qarşılanır.

İqtisadçı-ekspert Xalid Kərimli Baku.ws-yə açıqlamasında bildirdi ki, yeni büdcənin əsas xüsusiyyətlərindən biri neftin qiyməti ilə bağlıdır və 70 dollar kifayət qədər yüksək rəqəmdir:

"Gələn il üçün ümumiyyətlə neftin orta qiymətinin 70 dollardan aşağı olacağı gözlənilir. Büdcə hazırlanarkən neftin qiyməti kritik götürülüb. Büdcə 2024-cü ilin artırılmış büdcəsi ilə təxminən eynidir. Açıqlanan rəqəmlər hələ təsdiq olunmayıb. Növbəti mərhələdə Milli Məclisdə büdcəyə baxılacaq, buna dəyişikliklər və təklif hazırlanacaq.

Hazırki rəqəmlərə əsasən, 39 milyard 670 milyonluq büdcənin 63 faizinin (təqribən 25 milyard manat) cari xərclərə ayrılması nəzərdə tutulub. 12,3 milyard manat investisiya xərclərinə, yerdə qalan hissə isə dövlət borcunun ödənilməsi ilə bağlı xərclərə gedəcək.

Büdcədə diqqəti cəlb edən məsələ cari xərclərin 25 milyard manata qaldırılmasıdır. Ötən il bu rəqəm 23 milyard təşkil edirdi. Təqribən 2 milyard manatlıq cari xərclərin artımı əsasən əmək haqqı, pensiya, sosial müavinət, sosial ödənişlərin və ünvanlı sosial yardımların artımına yönələcək. Artımlarla bağlı dəqiq rəqəmlər 2025-ci ilin yanvar ayında məlum olacaq.

Hesab edirəm ki, minimum əmək haqqında 10-15 faizlik artım olacaq və bu da büdcədən maliyyələşən şəxslərin maaşlarına təsir göstərəcək.

Hazırda inflyasiya 3,5 faiz ətrafındadır. Ünvanlı sosial yardımlar, yaşayış minimumu kimi məsələlər də məhz bu inflyasiya rəqəminə uyğun olaraq müəyyənləşəcək. Təqribən onlarda da inflyasiya rəqəminə uyğun artımlar nəzərdə tutulacaq".

Tarix
2024.09.18 / 20:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrana zərbə endirilsə, Bakı bizə hücum edəcək? – Emin-Teryan

Əli Əsədov Belarus baş naziri ilə görüşdü

Ərdoğan TŞ-ni topladı: Bakı-İrəvan münasibətləri...

İlham Əliyev Zəngilanda...

Narışkin şok faktı açıqladı: Bakı ilə birgə qarşısını aldıq!

Prezident və xanımı Cəbrayılda...

Ermənistanın qisas istəyi sadəcə intihardır - Şahnazarov

Rəsmi Bakıdan Litva XİN başçısına sərt reaksiya

Narışkin Bakıya gəldi

İlham Əliyev elə bir siyasətçidir ki… - Şahnazarov

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla