Yuxarı

Trampa sui-qəsd cəhdi edən, görün, kim imiş - Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentliyinə namizəd Donald Trampa ikinci sui-qəsd cəhdi edən Rayan Uelsli Rut haqda maraqlı məlumat yayılıb.

Axar.az “Foks Nyus”a istinadla xəbər verir ki, o, Rusiyaya qarşı çoxsaylı çıxışların müəllifidir. Hətta 2022-ci ildə Rut X platformasında Rusiyaya qarşı döyüşdə ölməyə hazır olduğunu bildirib və Kremli yandırmağa çağırış edib.

Rut 2022-ci ildə yazıb: “Mən Krakovdan uçmağa və könüllü olaraq Ukrayna sərhədinə getməyə, döyüşüb ölməyə hazıram... Qoy nümunə olum, biz qalib gəlməliyik”.

2023-cü ildə Rut öz Feysbuk səhifəsindən əcnəbiləri Ukrayna tərəfində müharibədə iştirak etməyə təşviq etmək üçün istifadə edib. O, həmçinin özünü Ukrayna hökumətinin “qeyri-rəsmi vasitəçisi” adlandırıb və Əfqanıstan hərbçilərini Ukrayna uğrunda döyüşməyə səsləyib.

Qeyd edək ki, Trampa ikinci sui-qəsd cəhdi ötən gün olub. Tramp özünə məxsus qolf klubundan çıxarkən hasarın üstündən, təxminən 300-400 metr məsafədən ona avtomat silahdan atəş açılıb. Məxfi Xidmət dərhal qarşılıq verib. Rut ərazidən qaçmağa nail olsa da, uzaqlaşa bilməyib və həbs olunub.

Tarix
2024.09.16 / 11:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ordumuzun 23 saatlıq mükəmməl əməliyyatı: 1 il ötdü

Məşhur şirkət müflis olur? Milyonları geri çəkdi

Səfirimiz Lavrovla bir araya gəldi - Foto

ADU ilə TİF əməkdaşlıq sazişi imzaladı

ABŞ-dan İrəvana hərbi yardımın artırılmasına reaksiya

Azərbaycan itirdiyi əraziləri azad edə bilib - Lemmi

İranın yüksək rütbəli zabitləri Azərbaycan səfirliyində

Leyla Əliyeva Mübariz İbrahimovun ailəsini ziyarət etdi - Foto

Bakı və Daşkənd arasında məsləhətləşmələr keçirildi

"Qisas" əməliyyatından görüntülər yayıldı - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla