Yuxarı

Hindistanlıların Bakıya axını kəskin artdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin ilk yarısında Azərbaycana gələn turistlərin sayı 34 faiz artaraq 1 milyon 231 minə çatıb. Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb. Gələnlərin 29,2 faizi Rusiya, 17,3 faizi Türkiyə, 9,7 faizi Hindistan, 8,7 faizi İran, 4,1 faizi Gürcüstan, 3,2 faizi Səudiyyə Ərəbistanı, 3,1 faizi Qazaxıstan, 2,5 faizi Pakistan vətəndaşları olub.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı-alim Vüqar Bayramov qeyd deyib.

O bildirib ki, ölkəmizə Hindistandan gələn turistlərin sayı daha çoxdur:

“Yarım ilin turizm yekunlarının təhlili bir sıra vacib məqamları üzə çıxarır. Birincisi, Azərbaycana gələn hər 10 turistdən 1-i Hindistan vətəndaşıdır.

İkincisi, mənşə olaraq gələn turistlər arasında ən çox artım da Hindistanın payına düşür. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,5 dəfə, Cənubi Koreyadan 2,4 dəfə, Çindən 2,3 dəfə, İspaniyadan 1,8 dəfə, Qazaxıstandan 1,8 dəfə, Səudiyyə Ərəbistanından 1,7 dəfə, Filippindən 1,6 dəfə, Qırğızıstandan 1,6 dəfə, Omandan 1,6 dəfə, İrandan 1,5 dəfə artıb. Digər ölkələr üzrə artımlar faizlə ifadə olunur.

Üçüncüsü, region olaraq Körfəz ölkələri artım faizinə görə yenə öndədir. Yəni Ərəb dövlətlərindən Azərbaycana gələn turistlərin sayında yenidən artımlar var. Belə ki, sözügedən müddətdə Körfəz ölkələrindən gələnlərin sayı 49, AB-yə üzv ölkələrdən gələnlərin sayı 30, MDB ölkələrindən gələnlərin sayı isə 22,3 faiz artıb. Nəhayət, həmin müddətdə turizm balansında müsbət saldo qeydə alınıb”.

İqtisadçı qeyd edib ki, Azərbaycana gələnlərin sayı xaricə gedənlərlə müqayisədə daha çoxdur:

“Azərbaycana gələnlərin sayı xaricə gedənlərlə müqayisədə 236 min nəfər çox olub. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. 2024-cü ilin ilk yarısında ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır”.

Tarix
2024.07.23 / 10:35
Müəllif
Vüsalə İsgəndərova
Şərhlər
Digər xəbərlər

ABŞ və Çin COP29-u müzakirə etdi - Podesta

Tarixdə ilk dəfə COP bizim regionumuzda keçiriləcək

Prezident İtaliyada mühüm forumda çıxış etdi - Video

İranın Zəngəzurla bağlı məntiqsiz açıqlamaları: Nə baş verir?

AŞPA üzvlərinə qoyulan qadağa bu halda ləğv ediləcək

Ukrayna suverenliyi üçün uğursuz səylər göstərir

Əliyev açıqladı: Rusiya-Ukrayna münaqişəsinin həllində iştirak...

Bakı bunun yolunu yaxşı bilir - Orban

İlham Əliyevin İtaliya səfəri başa çatdı

Prezidentin onunla səmimi görüşü diqqət çəkdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla