Yuxarı

Daha 12 nöqtədə enerji doldurma məntəqələri quraşdırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərişıq ASC Bakıda daha 12 nöqtədə enerji doldurma məntəqələri quraşdırır.

Axar.az quruma istinadla xəbvər verir ki, bu ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Bakı şəhərində keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində paytaxtda və regionlarda enerji doldurma məntəqələrinin zəruri infrastrukturu yaradılır, həmin məntəqələr dayanıqlı elektrik enerjisi ilə təchiz edilir.

Bunlar Nərimanov rayonunda Atatürk parkı, Gənclik metro stansiyası, Aşıq Molla Cümə küçəsində, 215 saylı yarımstansiyanın yaxınlığında, Səbail rayonunda Nizami küçəsində və Ağ şəhər bulvarı dairəsində, Maştağa elektrik şəbəkəsinin ərazisində yerləşən 110/35 kV-luq “Sea Breeze” yarımstansiyasında və “Sea Breeze” yaşayış kompleksinin parkinq ərazisində, Xətaidə “Ağ şəhər-1” və “Ağ şəhər-2” yarımstansiyalarının ərazisində, Xəzər rayonunda Qala-Mərdəkan yolunun üzərində, Nəsimidə “Dağlıq” yarımstansiyasında, Nizami rayonunda Qara Qarayev küçəsində enerji doldurma məntəqələri quraşdırılıb, hazırda son tamamlanma işləri həyata keçirilir.

Xatırladaq ki, Bakıda 4 məntəqədə – “İçərişəhər”, “Yasamal 120” yarımstansiyalarının ərazisində, Tədris və İnnovasiyalar Mərkəzində, Xəzər rayonu, Buzovna qəsəbəsində enerji doldurma cihazları quraşdırılaraq istismara hazır vəziyyətə gətirilib. Paytaxtla yanaşı regionlarda – Yevlaxda, Salyanda və Qəbələnin Hacıallı kəndində, Qarabağ və Şərqi Zəngəzurda isə Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xocavənd, Xocalıda bu məntəqələr quraşdırılıb.

Elektromobilləri şarj etmək üçün istifadə olunan bu qurğular “yaşıl enerji” ilə dəstəkləndiyi üçün ətraf mühitin qorunmasında mühüm rol oynayır. Həmçinin “Azərişıq” tərəfindən quraşdırılan yüksək gücə malik sürətli, sabit cərəyanlı məntəqələrdə elektromobillər qısa vaxtda, keyfiyyətli elektrik enerjisi ilə doldurulur.

Qeyd edək ki, cari il üçün ölkə ərazisində 147 nöqtədə enerji doldurma məntəqələrinin quraşdırılması nəzərdə tutulub. Bunlardan 69-u paytaxtın, 58-i regionların, 20-si isə Qarabağ və Şərqi Zəngəzurun payına düşür.

Tarix
2024.07.23 / 14:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ və Çin COP29-u müzakirə etdi - Podesta

Tarixdə ilk dəfə COP bizim regionumuzda keçiriləcək

Prezident İtaliyada mühüm forumda çıxış etdi - Video

İranın Zəngəzurla bağlı məntiqsiz açıqlamaları: Nə baş verir?

AŞPA üzvlərinə qoyulan qadağa bu halda ləğv ediləcək

Ukrayna suverenliyi üçün uğursuz səylər göstərir

Əliyev açıqladı: Rusiya-Ukrayna münaqişəsinin həllində iştirak...

Bakı bunun yolunu yaxşı bilir - Orban

İlham Əliyevin İtaliya səfəri başa çatdı

Prezidentin onunla səmimi görüşü diqqət çəkdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla