Yuxarı

Bakıda övladını satışa çıxaran ana ilə bağlı yeni məlumat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda övladını satışa çıxaran ana ilə bağlı yeni məlumat

18:14

Sosial şəbəkə hesabında öz övladını satmaq üçün videopaylaşım edən ana ilə bağlı tədbir görülüb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Axar.az-a verilən məlumata görə, komitəyə daxil olan məlumat əsasında ətraflı araşdırma başlanılıb.

Qeyd edilib ki, uşağın hüquqlarının müdafiəsi məqsədilə əməli tədbirləri dərhal həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə təxirəsalınmaz tədbirlər görülüb, azyaşlının dövlətin himayəsinə alınması təmin edilib.

"Dövlət Komitəsi vətəndaşlara müraciət edərək bu kimi halların qarşısının vaxtında alınmasına müvəffəq olmaq üçün hər kəsi ətrafında baş verən hadisələrə həssaslıqla yanaşmağa və dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırır", - məlumatda vurğulanıb.

***

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən məsələ nəzarətə götürülməklə digər aidiyyəti dövlət qurumları ilə birgə bütün zəruri tədbirlər görülüb. Azyaşlının dövlətin himayəsinə alınması təmin edilib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda Nəsimi Rayon Polis İdarəsində prosessual araşdırma aparılır.

Azyaşlının valideyn himayəsindən məhrum edilməsi haqqında qərarın qəbul edilməsi məqsədilə vəsatət qaldırılıb.

Tarix
2024.08.06 / 19:36
Müəllif
Axar.az
Digər xəbərlər

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla