Yuxarı

Azərbaycanda internet bahalaşdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən Azərbaycanda genişzolaqlı internet tarifləri üzrə sürət və ödəniş məbləğinə dəyişiklik edilib.

Axar.az Trend-ə istinadən xəbər verir ki, GPON (Gigabit Passive Optical Network – Gigabit tutumlu Passiv Optik Şəbəkə) tarifləri üzrə təqdim olunan sürətlər 2.5 dəfə (40 Mbit/s internet sürətini 100 Mbit/s-yə, 60 Mbit/s internet sürətini 150 Mbit/s-yə və 100 Mbit/s sürətini isə 250 Mbit/s-yə qədər) artırılıb.

Yeni sürət tariflərində abunəçilər üçün minimal sürət 100 Mbit/s-dən başlayır və hər Mbit/s üçün ödəniş məbləği 0.45 AZN-dən 0.25 AZN-ə endirilib.

Belə ki, abunəçilərə 100 Mbit/s internet üçün 25 AZN, 150 Mbit/s internet üçün 30 AZN, 250 Mbit/s internet üçün 36 AZN qiymət təklif edilir.

Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən genişzolaqlı internet xidmətləri bazarında Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başlanılıb.

Tarix
2024.08.15 / 11:52
Müəllif
Axar.az
Digər xəbərlər

Mirzoyan Boçorişvili ilə danışdı, sülhü müzakirə etdi

Azərbaycan Rusiyanın bu ordusundan qat-qat üstündür

Bakı və İrəvanla sülh sazişi buna misaldır - Rubio

Azərbaycan Ukraynaya qırıcılarını verə bilər - Musabəyov

Trampdan Əliyev-Paşinyan görüşü ilə bağlı paylaşım - Video

Bakı və İrəvanla sıx əməkdaşlığı davam etdirəcəyik - NATO

Bakı və Tiflislə bu əməkdaşlığı davam etdiririk - Ərdoğan

Rusiyanın Azərbaycana qarşı oyunu... - Qonçar

Azərbaycan MDB-nin iclasından imtina etdi

Ceyhun Bayramov Mirzoyanla telefon danışığı apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla