Yuxarı

Kristal Bakı fəaliyyət dövrünü mənfəətlə başa vurdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kristal Bakı ASC-nin audit yoxlamasını aparmış müstəqil audit təşkilatı audit yoxlamasının nəticəsini tərtib edərək “Kristal Bakı” ASC-ə və rəsmi dövlət qurumlarına təqdim etmişdir. Hər bir peşəkar maliyyəçinin bildiyi kimi tikinti-quraşdırma işləri yekunlaşmamış tikili, bina, mənzil və yaxud hər hansı bir daşınmaz əmlakın satışından gəlir IFRS-in (Beynəlxalq Maliyyə Hesabatı Standartları) təyin etdiyi standartlara əsasən sözügedən daşınmaz əmlakın tikintisi başa çatıb təhvil verildikdən sonra rəsmi olaraq tanınır. Buna görə də həmin hesabatlarda gəlir tanınmamış və inzibati xərclər zərər kimi əks etdirilmişdir.

Kristal Bakı ASC-nin Mənfəət vergisi bəyannaməsi əsasında “Vergitutma məqsədləri üçün mənfəəti” müvafiq olaraq 2022-ci il üzrə 1.918.613,47 AZN (Azərbaycan manatı), 2023-cü il üzrə isə 12.725.488,34 AZN (Azərbaycan manatı) olmuşdur. Bu da Dövlət Vergi Xidmətinin portalında əks etdirilmiş və buna görə yaranan mənfəət vergisi dövlət büdcəsinə ödənmişdir. Bu isə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 130.6-cı maddəsinə əsasən götürülmüşdür. Vergi Məcəlləsinin 130.6-cı maddəsində qeyd edilmişdir ki, “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı gəlir və bu gəlirdən çıxılan xərclər vergi ili ərzində yerinə yetirilmiş işlər (mərhələlər) üzrə təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz məbləğləri ilə həmin sahələrin tikintisi ilə bağlı çəkilən məsrəflər, o cümlədən torpaq sahələrinin alınması ilə bağlı çəkilən məsrəflər əsasında müəyyən edilir”. Burdan bu nəticəyə gəlmək olur ki, Kristal Bakı ASC 2022 və 2023-cü il üzrə fəaliyyət dövrünü mənfəətlə başa vurmuşdur.

Tarix
2024.08.24 / 12:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilər Azərbaycanla sərhədi boşaldır: nə qədər erməni gedib?

XİN rəhbəri Qətərin yeni səfiri ilə görüşdü

Rəsmi Bakıdan Fransaya: Buna ixtiyarınız yoxdur!

Ceyhun Bayramov xanım səfirlə görüşdü - Foto

Babayanın Zəngəzurla bağlı dedikləri İrəvanı qarışdırdı

Sərhədimizdə qarşıdurma gözlənilir - Bakı diqqətlə izləyir

Muxtar Babayev Vuçiçlə görüşdü - Foto

Bu sülh quruculuğu prosesinə təhdiddir - Bayramov

Bu ərazilər Azərbaycana qaytarılacaq - Detallar...

Daha bir partiya sədri istefa verir

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla