Yuxarı

Pakistanla daha bir sahədə razılıq əldə olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Pakistan biznes sektorunda nümayəndə heyətlərinin mübadiləsi üçün erkən fəaliyyət planının hazırlanması barədə razılığa gəlib.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə razılıq Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun Senat sədrinin müavini Syedaal Xanla keçirdiyi görüşdə əldə olunub.

Görüşdə iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində ikitərəfli və çoxtərəfli əməkdaşlıqla bağlı perspektivlər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər, ikitərəfli münasibətlər və regionun ümumi vəziyyəti müzakirə edilib.

“Pakistan və Azərbaycan arasında iqtisadi-ticarət, investisiya, enerji, müdafiə, kənd təsərrüfatı və təbii sərvətlər sahələrində əməkdaşlığın artırılmasına ehtiyac var. İkitərəfli investisiya və ticarətin təşviqinə təcili ehtiyac var və iqtisadi əməkdaşlığı artımaq üçün mövcud maneələrin aradan qaldırılması lazımdır. Biznes nümayəndə heyətlərinin mütəmadi mübadiləsi ticarət və investisiya imkanları arta bilər. Pakistan, xüsusən Bəlucistan əyaləti mineral sərvətlərlə zəngindir və bu regionun taleyinin dəyişdirilməsində mühüm rol oynayacaq”, - Syedaal Xan bildirib.

Xəzər Fərhadov qeyd edib ki, Azərbaycan Pakistanla əlaqələrini daha da inkişaf etdirməkdə maraqlıdır.

Tarix
2024.08.26 / 14:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Daha 3 məntəqənin nəticələri ləğv olundu

MSK Mustafa Hacılının şikayətini araşdırdı

İlham Əliyev Robert Smiti qəbul etdi

İlham Əliyev Mark Börnslə görüşdü

10 noyabr bəyanatının IX bəndi: Kremllə Tehran qəti qərar verdi

Ərdoğanın Əliyev və Putinlə birgə mükəmməl gedişi

Türkiyədə Azərbaycan adından istifadə: milyonlar talanır - Foto

Köçəryandan Cermux döyüşləri ilə bağlı etiraf...

Rusiya bizə iki tərəfdən də zərbə vurur - Mütəhhəri

Kreml və Bakının yeni vəzifəsi… - Rusiyadan baxış

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla