Yuxarı

Məktəblə bağlı nəzərdə tutulan cəza ləğv edilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məktəblə bağlı nəzərdə tutulan cəza ləğv edilir

Azərbaycanda 4 ay əvvəl qüvvəyə minmiş, övladının məktəbə davamiyyətsizliyinə görə valideynin cərimələnməsi nəzərdə tutan cəza ləğv edilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinin 2-ci bəndinin ləğv edilməsi barədə qanun layihəsi hazırlanıb.

Layihədə bildirilir ki, "Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla, dünyəvi icbari ümumi оrta təhsil üzrə dərs gününün şagird tərəfindən bir ay ərzində 7 gündən çox buraxılmasına görə valideynlər və ya onları əvəz edən şəxslər yüz manat məbləğində cərimə edilir" məzmunlu bənd ləğv edilir.

Xatırladaq ki, bu bənd 2015-ci ilin dekabrın 2-də həmin vaxt qüvvədə olan İnzibati Xətalar Məcəlləsinə 51.1-1 maddəsi olaraq əlavə edilmişdi. Bu il martın 1-dən qüvvəyə minən yeni İnzibati Xətalar Məcəlləsində 200-dən çox əlavələrin olması səbəbindən bir sıra maddələrin yeri dəyişdiyi üçün müvafiq bənd də 189.2 maddəsi olaraq təsbit olunub.

Layihə Milli Məclisin aprelin 15-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Tarix
2016.04.08 / 18:41
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla