Yuxarı

Məhkəmədən Əziz Orucovla bağlı qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhkəmədən Əziz Orucovla bağlı qərar

Kanal-13 internet televiziyasının rəhbəri Əziz Orucov barəsində olan həbs qətimkan tədbirinin müddəti daha üç ay uzadılıb.

Axar.az xəbər verir ki, bu barədə Report-a onun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib.

O bildirib ki, Ə.Orucovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərar Səbail Rayon Məhkəməsində verilib.

Həmçinin məhkəmənin digər qərarı ilə Kanal-13 internet televiziyasının əməkdaşı Şamo Emin barəsində olan həbs qətimkan tədbiri də üç ay uzadılıb.

Qeyd edək ki, Ə.Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.

Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində həbs qətimkan tədbiri seçilib.

Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Tarix
2024.09.19 / 13:07
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla