Yuxarı

Keçmiş hakim Psixiatriya Xəstəxanasına yerləşdirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai Rayon Məhkəməsinin keçmiş hakimi Tamerlan Zeynalov Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Axar.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, sentyabrın 19-da İradə Aslanova adlı vətəndaş Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək, onunla bağlı şikayət edib.

Şikayətçi bildirib ki, Tamerlan Məmmədov (soyadı Zeynalov olsa da, sonradan Məmmədova dəyişib - red.) onun yaşadığı ünvana gələrək evinə işıq salıb, qəribə səslər çıxarıb, avtomobilinin üzərinə yazılar yazıb və qapısını döyərək narahat edib.

O, polis bölməsinə gətiriləndən sonra da özünü qeyri-adekvat aparıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxs Respublika Psixiatriya Xəstəxanasında dəfələrlə müalicə alıb. Bu səbəbdən də yenidən Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

Qeyd edək ki, Tamerlan Zeynalov (Məmmədov) Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb, daha sonra vəkil kimi fəaliyyət göstərib. 2019-cu ildə o, dələduzluqda və rüşvətə təhrik etmədə təqsirləndirilib. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə məhkəmə zalında həbs edilib.

Tarix
2024.09.21 / 12:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezident sərəncam imzaladı

İlham Əliyev Malta prezidentini təbrik etdi

Heç bir düşmən buna cəsarət edə bilməz – Pezeşkian

III Qarabağ savaşı: 1 il keçdi və hər şey bitdi? - Markedonov

Bu, Azərbaycan üçün çox vacibdir - Uorlik

İrəvan Bakı və Tiflisdən daha təhlükəsizmiş – Numbeo

Saxta dəyərlərlə sülhə töhfə vermək olmaz - Bayramov

Litva ilə siyasi məsləhətləşmələr keçirildi

ABŞ separatçılara belə dəstək olur - Bəyanat

Tələbələr Xankəndidə Prezident və oğlunu belə qarşıladı - Video

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla