Yuxarı

Rus general müasir silahlarımızla tanış oldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən "Silahlı Qüvvələrdə asayişin və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, kadr hazırlığı sahəsində təcrübə mübadiləsi üzrə işçi görüşdə" iştirak etmək məqsədilə Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Baş Hərbi Polis İdarəsi rəisinin müavini general-mayor Kox Vitaliyin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

Azərbaycan Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, qonaqlar əvvəlcə Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzərək xatirələrinə ehtiram nümayiş etdiriblər.

Sonra Hərbi Polis İdarəsinə gələn Rusiya nümayəndə heyəti xalqımızın Ümummilli Lideri Heydər Əliyevin idarənin ərazisində ucaldılmış büstü önünə gül dəstələri qoyaraq xatirəsini hörmət və ehtiramla anıb.

Hər iki ölkənin nümayəndə heyətinin iştirakı ilə keçirilən görüşdə qonaqlara Hərbi Polis İdarəsinin tarixi və gündəlik fəaliyyəti, maddi-texniki təchizat və təlim proqramı barədə brifinq təqdim olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Rusiya nümayəndə heyəti, həmçinin hərbi polis bölmələrinin istifadəsində olan müasir silah və texnika, inzibati bina, idman zalı və avtomobil parkı ilə tanış olub.

Daha sonra xatirə kitabına ürək sözləri yazılıb.

Rusiyalı qonaqlar səfər çərçivəsində Hərbi Polis İdarəsinin tabeliyində olan "N" hərbi hissəsini ziyarət edib, təlim poliqonunda hərbi polis bölmələrinin yaşayış məntəqəsi və hərbi obyektlərdə axtarış-xilasetmə fəaliyyəti, silahlıların zərərsizləşdirilməsi və hərbi əsirlərin təxliyə olunması üzrə nümayiş məşğələsini izləyiblər.

Tarix
2024.09.21 / 12:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Qafqazda sülh üçün tarixi fürsət yaratdı - Bəyanat

Tramp Azərbaycanı “İbrahim razılaşması”na cəlb etmək istəyir

Azərbaycana böhtan atanlar siz deyildinizmi? - Ərdoğan

Pərviz Yusifov nazirin müşaviri təyin olundu

Azərbaycanda Qızıl Xaç Komitəsinin fəaliyyəti dayandırılır

Baş nazir İqtisadi Şuranın iclasını keçirdi

Rusiyanın rəsmi şəxslərinin bu davranışları yolverilməzdir!

Bibiheybət təxribatındakı qadınlar İranda kimdən əmr alır?

Bayramov İsrailin yeni səfiri ilə görüşdü

TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla