Avqustun 4-də Nyonda (İsveçrə) UEFA Konfrans Liqasının təsnifat mərhələsinin pley-off oyunlarının püşkatma mərasimi keçiriləcək.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, püşkatma nəticəsində "Araz-Naxçıvan" və "Sabah" klubları potensial rəqiblərini tanıyacaqlar.
"Sabah" 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Levski"(Sofiya), "Araz-Naxçıvan" isə Kiprin "Omoniya" klubu ilə üz-üzə gələcək.
Püşkatma mərasimində Elmar Baxşıyevin komandası səpələnmişlər, Valdas Dambrauskasın komandası isə səpələnməmişlər sırasında yer alacaq.
"Araz-Naxçıvan"ın potensial rəqibləri aşağıdakı klublardır: "Larne" (Şimali İrlandiya) - "Santa Klara" (Portuqaliya), "Lozanna-Sport" (İsveçrə) - "Astana" (Qazaxıstan), "Klaksvik" (Farer adaları) - "Neman" (Belarus), "Vikinqur" İslandiya) - "Bröndbü"(Danimarka), "Hayduk" (Xorvatiya) - "Dinamo Siti" (Albaniya), "Riqa" (Latviya) - "Beytar" (İsrail), "Aris" (Kipr) - AEK (Yunanıstan), "Banik" (Çexiya) - "Austriya" (Avstriya), "Universitatya" (Krayova, Rumıniya) - "Spartak" (Slovakiya), "Rusenborq"(Norveç) - "Hammarbü"(İsveç), AİK(İsveç) - "Dyör" (Macarıstan), "Kauno Jalgiris" (Litva) - "Arda" (Bolqarıstan), "Polessye" (Ukrayna) - "Pakşi" (Macarıstan).
Eləcə də UEFA Avropa Liqasının 3-cü turunun məğlubları "Araz-Naxçıvan"ın potensial rəqibi olacaqlar: "Servett" (İsveçrə) - "Utrext" (Niderland), PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya), "Fredrikstad" (Norveç) - "Midtyülland" (Danimarka), AEK (Kipr) - "Legia" (Polşa) və "Hekken" (İsveç) - "Brann" (Norveç).
Öz növbəsində, "Sabah"ın potensial rəqibləri sırasına aşağıdakı klublar daxildir: "Fiorentina" (İtaliya), "Kristal Pelas" (İngiltərə), "Rayo Valyekano" (İspaniya), "Maynts" (Almaniya), "Strasburq" (Fransa), həmçinin 3-cü turun qalibləri "AZ Alkmaar" (Niderland) - "Vaduts"(Lixtenşteyn), "Rapid" (Avstriya) - "Dandi Yunayted" (Şotlandiya), "Anderlext" (Belçika) - "Şerif" (Moldova), "Vikinq" (Norveç) - "Başakşəhər" (Türkiyə), "Partizan" (Serbiya) - "Hibernian" (Şotlandiya), "Rakuv" (Polşa) - "Makkabi" (Hayfa, İsrail), "Balkani"(Kosovo) - "Şemrok Rovers"(İrlandiya), "Sent-Patriks"(İrlandiya) - "Beşiktaş"(Türkiyə), "Silkeborq" (Danimarka) - "Yagelloniya" (Polşa), həmçinin AL-da 3-cü mərhələdə "Panathinaikos" (Yunanıstan) - "Şaxtyor" (Ukrayna) və ÇFR (Rumıniya) - "Braqa" (Portuqaliya) cütlərinin məğlubları.
Püşkatma saat 16:00-da başlayacaq. Konfrans Liqasının seçmə mərhələsinin pley-off oyunları avqustun 21 və 28-də keçiriləcək.