Yuxarı

İlk siqaret insanın nə qədər yaşayacağını göstərir

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlk siqaret insanın nə qədər yaşayacağını göstərir

Siqaretə neçə yaşında başlanması və ilk siqareti çəkdiyi vaxt insanın uzun və ya qısa ömürlü olmasını göstərə bilər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, alimlərin tapıntılarını tibb elmləri namizədi, cərrah və onkoloq Mark Qadziyan şərh edib.

"10 yaşından əvvəl ilk dəfə siqaret çəkənlər üçün – dünyada belə insanlar çoxdur, siqaret çəkməyənlərə nisbətən xərçəngdən ölmək riski 4 dəfə çoxdur. 21 və daha yuxarı yaşda siqaret çəkməyə başlayanlar üçün risk təxminən 2,5 dəfə artıb”, - Qadziyan bildirib.

Mütəxəssislər 400 mindən çox insanın məlumatlarını öyrəniblər. Təxminən 18 il davam edən müddətdə 10 014 nəfər xərçəng xəstəliyindən dünyasını dəyişib. Bütün halları nəzərə alan alimlər siqaret çəkənlərin ömrünün uzunluğu və xərçəngə tutulma riskinin ilk siqaretçəkmə yaşı ilə bağlı olduğunu bildiriblər.

Eyni zamanda, tədqiqat 15-34 yaş arasında siqareti buraxanların bu riskdən kənarda olduğunu göstərdi. Hətta uzun müddət siqaret çəkən 55-66 yaşlı insanlar siqareti dərhal dayandırmaqla riski azaldır. Onların riski 1,88 dəfə yüksək olaraq qalır.

Tarix
2025.08.02 / 01:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan buna görə Türkiyəni təbrik etdi

Vadefulun Bakı və İrəvan səfəri - Tiflisdən imtina etdi

TRİPP başladı - İrandan sensasion reaksiya

Fərid Baxşıyev yüksək vəzifəyə seçildi

Türkiyənin böyük uğurunda Ukraynanın müstəsna rolu

Şeyx Moskvada - İlham Əliyevin məktubu təqdim olundu

ABŞ-da yüksək vəzifə alan Həmid Həşimzadə kimdir?

Mehdiyevin kürəkəninin işi niyə Abıyevaya həvalə edilir?

Elmin Fərəcov aparat rəhbəri təyin olundu

Maka Boçorişvili sabah Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla