Yuxarı

Tramp Azərbaycanı “İbrahim razılaşması”na cəlb etmək istəyir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp administrasiyası Azərbaycanın və bəzi Mərkəzi Asiya ölkələrinin İsraillə mövcud əlaqələrini dərinləşdirməyə ümid edərək, “İbrahim razılaşması”na daxil edilməsi imkanlarını fəal şəkildə müzakirə edir.

Axar.az Report-a istinadən xəbər verir ki, Trampın ilk prezidentlik dövründə (2020 və 2021-ci illərdə - red.) imzalanmış “İbrahim razılaşması”na əsasən, əksəriyyəti müsəlman olan dörd ölkə ABŞ-ın vasitəçiliyindən sonra İsraillə diplomatik münasibətləri normallaşdırmağa razılaşıb.

“Azərbaycan və bütün Orta Asiya ölkələri, əksinə, İsraillə uzun müddətdir əlaqələrə malikdirlər, bu o deməkdir ki, sazişlərin onları da əhatə edəcək şəkildə genişləndirilməsi əsasən simvolik xarakter daşıyacaq, ticarət və hərbi əməkdaşlıq kimi sahələrdə əlaqələri gücləndirəcək.

Digər əsas diqqət çəkən məqam Ermənistanla Azərbaycan arasında münaqişədir, Tramp administrasiyası iki Qafqaz ölkəsi arasında sülh sazişini “İbrahim razılaşması”na qoşulmaq üçün ilkin şərt hesab edir. Tramp administrasiyasının rəsmiləri sövdələşmənin bir neçə potensial iştirakçısını ictimaiyyətə açıqlasa da, Azərbaycanla bağlı danışıqlar ən strukturlaşdırılmış və ciddi danışıqlardan biridir. İki mənbə deyir ki, razılaşma aylar, hətta həftələr ərzində əldə edilə bilər”, - “Tayms of İsrail”ə mənbələr bildiriblər.

Məqalədə deyilir ki, Trampın sülh missiyaları üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff mart ayında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək üçün Azərbaycanın paytaxtı Bakıya səfər edib:

“Uitkoffun əsas köməkçisi Arye Laytstoun yazda İlham Əliyevlə görüşüb, o cümlədən “İbrahim razılaşması”nı müzakirə edib. Müzakirələr çərçivəsində Azərbaycan rəsmiləri Mərkəzi Asiya ölkələrinin, o cümlədən qonşu Qazaxıstanın rəsmi şəxsləri ilə əlaqə saxlayıb, onların “İbrahim razılaşması”nın daha geniş miqyasda genişləndirilməsində maraqlı olduqlarını müəyyən ediblər”.

Öz növbəsində Dövlət Departamenti məlumata münasibət bildirib:

“ABŞ konkret ölkələri müzakirə etmir, lakin razılaşmanın genişləndirilməsi Trampın əsas məqsədidir. Biz daha çox ölkəni razılaşmaya cəlb etmək üçün çalışırıq”.

Tarix
2025.08.01 / 23:34
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Qafqazda sülh üçün tarixi fürsət yaratdı - Bəyanat

Azərbaycana böhtan atanlar siz deyildinizmi? - Ərdoğan

Pərviz Yusifov nazirin müşaviri təyin olundu

Azərbaycanda Qızıl Xaç Komitəsinin fəaliyyəti dayandırılır

Baş nazir İqtisadi Şuranın iclasını keçirdi

Rusiyanın rəsmi şəxslərinin bu davranışları yolverilməzdir!

Bibiheybət təxribatındakı qadınlar İranda kimdən əmr alır?

Bayramov İsrailin yeni səfiri ilə görüşdü

TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... - Foto

Prezident Arif Babayevin vəfatı ilə bağlı nekroloq imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla