Yuxarı

Azərbaycan bu dəhlizə xüsusi əhəmiyyət verir – Hacıyev

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan bu dəhlizə xüsusi əhəmiyyət verir – Hacıyev

2025-ci il ŞƏT-də Davamlı İnkişaf İli elan olunub və bu istiqamət Azərbaycanın da əsas prioritetlərindən biridir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Çinin “Sinxua” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Çinin inkişaf modeli və nailiyyətləri bütün inkişaf etməkdə olan dövlətlər üçün nümunədir:

"Azərbaycan və Çin ticarət-iqtisadi əlaqələri inkişaf etdirməklə yanaşı, davamlı inkişaf, süni intellekt, bərpa olunan enerji və rəqəmsal transformasiya sahələrində də əməkdaşlıq üçün böyük potensiala malikdirlər. Çin texnologiyaların əlçatanlığını Qlobal Cənub ölkələri üçün təmin edir.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Orta Dəhlizə – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna xüsusi əhəmiyyət verir:

"Bu dəhliz həm də Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün bir hissəsidir və Bakı ilə Pekin arasındakı əməkdaşlıq bu marşrutun daha səmərəli istifadəsinə imkan verəcək".

Tarix
2025.08.31 / 17:15
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla