Yuxarı

Rusiyanın rəsmi şəxslərinin bu davranışları yolverilməzdir!

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyanın rəsmi şəxslərinin bu davranışları yolverilməzdir!

Rusiya Federasiyasının TASS informasiya agentliyində dərc olunmuş “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli yazı qəbulolunmazdır. Doğrudur, Azərbaycanın iradından sonra “Stepanakert” sözü “Dağlıq Qarabağ” sözü ilə əvəzləndi, amma bu da heç nəyi dəyişmədi. Çünki Azərbaycanda artıq “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi də yoxdur. Bu yanaşma təəssüf doğurur və ölkəmizə qarşı ən azı hörmətsizlikdir.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Qarabağda erməniəsilli rəssam İvan Ayvazovskinin büstünün hansı şəraitdə qoyulması hər kəsə məlumdur:

“Belə ki, üçtərəfli bəyanata uyğun olaraq ərazilərimizdə müvəqqəti yerləşdirlmiş Rusiya sülhməramlıları fəaliyyətləri dövründə onların səlahiyyətlərinə aid olmayan bir sıra fəaliyyətlərlə məşğul olublar. 2021-ci il noyabrın 10-da Qarabağda “Rusiya Şöhrət Xiyabanı”nın açılış tədbirinin keçirlməsi də bu qəbildən idi. Həmin “xiyabanda” bir sıra rusəsilli şəxslərin büstləri qoyulub. Xankəndidə erməniəsilli rəssamın büstünün qoyulması da Rusiya sülhməramlılarının ərazilərimizdə özbaşına fəaliyyətləri sırasında yer alır. Azərbaycanın tarixi şəhərində Ayvazovskiyə abidə ucaldılması xoş məramdan uzaq idi. Bunu heç bir halda mədəniyyət hadisəsi kimi dəyərləndirmək mümkün deyil. Çünki həmin rəssam Qarabağda yaşamayıb, bu coğrafiya ilə hansısa bir bağlılığı olmayıb. Həmin abidənin zamanında separatçıların yuvasına çevrilmiş Xankəndidə qoyulması sırf qərəzli siyasi-ideoloji məqsəd daşıyırdı. Bununla Rusiya sülhməramlıları, əslində, separatçıları dəstəklədiyini nümayiş etdirirdilər”.

Millət vəkilinin sözlərinə görə, artıq məsələyə rəsmi münasibət də bildirilib:

“Rəsmi mövqedə vurğulandığı kimi, erməniəsilli rəssam İvan Ayvazovskinin büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda quraşdırılması qanunsuz idi. Bu, Azərbaycan Respublikasının suverenliyinə münasibətdə Rusiya tərəfindən hörmətsizliyin təzahürü olub. Azərbaycan ərazilərinin işğalı zamanı qanunsuz olaraq qoyulmuş bu kimi “abidələrin” sökülməsi məntiqli, düzgün və qanunauyğundur”.

“Atılan addımlar Azərbaycanın suveren hüququdur. Rusiyanın rəsmi şəxslərinin və media orqanlarının bu davranışları isə yolverilməzdir”, - deyə Samir Vəliyev qeyd edib.

Tarix
2025.08.01 / 17:41
Müəllif
Axar.az
Digər xəbərlər

Bu dəhşətləri yaxşı bilən Azərbaycan… - Səfirin yazısı

Etibar Məmmədovun villasından oğurluq edib, kefə xərclədi

Putin Azərbaycanı təbrik etdi

Rusiya kanalında Azərbaycan xəritəsinin təhrif olunması... - XİN

İlham Əliyev Roma Papasını təbrik etdi

ETSN-in vergi borcu olan şirkətlə şübhəli sazişi

Arakçı Trampdan öncə bu ölkəyə getdi - İranın istəyi...

Bakı Makronun Türkiyəyə keçməsinə izn vermədi - Səbəb

Azərbaycandan Ermənistana ilk dəfə bu məhsul göndərildi

Barronun Azərbaycan əleyhinə iddialarını rədd edirik - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla