Yuxarı

Qazaxıstandan ABŞ-ın yeni rüsumlarına reaksiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan ABŞ tərəfindən əlavə tariflərin tətbiqi məsələsi ilə bağlı danışıqları davam etdirir.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu proses çərçivəsində iyun ayında Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyinin nümayəndələrinin iştirakı ilə ikitərəfli görüş keçirilib. Qazaxıstan ABŞ-a qarşılıqlı faydalı ticarət əməkdaşlığının inkişafını, dayanıqlı tədarükün qorunmasını və bazarlara ədalətli çıxış şərtlərinin təmin edilməsini əhatə edən rəsmi təklif göndərib və bu zaman ABŞ Prezidenti Donald Trampın 2 aprel 2025-ci il tarixli fərmanı və ona edilmiş sonrakı dəyişikliklər əsas götürülüb.

“Tərəflər təqdim olunmuş təkliflərin müzakirəsini ticarət-iqtisadi məsələlər üzrə genişləndirilmiş ikitərəfli dialoq çərçivəsində davam etdirir. Qazaxıstan konstruktiv əməkdaşlığa sadiqdir, Amerika tərəfi isə gələcək dialoqa hazır olduğunu təsdiqləyir”, – məlumatda qeyd olunub.

Vurğulanıb ki, tətbiq edilən tarif tədbirləri Qazaxıstanın ABŞ-a ixracının cəmi 4,8 faizini əhatə edir, qalan 95,2 faizlik tədarüklər isə yeni rüsumlardan kənarda qalır.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Qazaxıstan da daxil olmaqla, bir sıra ölkələrə qarşı yeni gömrük rüsumları tətbiq etmişdi.

Tarix
2025.08.01 / 23:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Qafqazda sülh üçün tarixi fürsət yaratdı - Bəyanat

Tramp Azərbaycanı “İbrahim razılaşması”na cəlb etmək istəyir

Azərbaycana böhtan atanlar siz deyildinizmi? - Ərdoğan

Pərviz Yusifov nazirin müşaviri təyin olundu

Azərbaycanda Qızıl Xaç Komitəsinin fəaliyyəti dayandırılır

Baş nazir İqtisadi Şuranın iclasını keçirdi

Rusiyanın rəsmi şəxslərinin bu davranışları yolverilməzdir!

Bibiheybət təxribatındakı qadınlar İranda kimdən əmr alır?

Bayramov İsrailin yeni səfiri ilə görüşdü

TASS dəyişiklik etdi: Üzrü qəbahətindən betər... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla