Yuxarı

Türyançay sol sahil kanalı yenidən qurulur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illərdə ölkədə su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması, eləcə də bu sahədə uçot və nəzarətin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür.

Bununla yanaşı, son dövrlərdə müşahidə edilən qlobal iqlim dəyişikliyi, dünyada orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatının azalması, həmçinin suya olan tələbat məhdud su ehtiyatlarına malik olan ölkəmizdə ehtiyatların artırılması və sudan səmərəli istifadə üçün təxirəsalınmaz tədbirlər görülməsini zəruri edib.

Axar.az xəbər verir ki, bu məqsədlə Prezident İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı Dövlət Su Komissiyası yaradılıb. Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Dövlət Su Komissiyası tərəfindən ölkə ərazisində tədbirlər planına uyğun bir sıra işlər uğurla həyata keçirilir və davam etdirilir.

Plana uyğun həyata keçirilən layihələrdən biri də “Türyançay sol sahil kanalının yenidən qurulması”nın I mərhələsidir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən kanalın bərpasına 2023-cü ildə başlanılıb və bu ilin sonuna qədər yekunlaşması nəzərdə tutulub.

Ümumi uzunluğu 11,5 kilometr olan suvarma kanalı üzərində sudüşürən, suburaxan, borulu keçid, səviyyəqaldıran, akveduk olmaqla ümumilikdə 48 hidrotexniki qurğu var.

Mənbəyini Türyançay çayından götürən suvarma kanalının yenidən qurulması nəticəsində Ağdaş və Ucar rayonlarının 11.335 hektar torpaq sahəsinin suvarılması yaxşılaşdırılacaq. Bu isə həmin torpaqlarda məhsuldarlığı artırmaqla yanaşı, təkrar əkin aparılmasına da imkan yaradacaq.

Hazırda 11,5 kilometr uzunluğu olan kanalın qurğularla birgə 7 kilometrlik hissəsinin tikintisi tamamlanıb və işlər davam edir.

Tarix
2024.10.01 / 11:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrailin hücumu: Pezeşkian susur, Zəngəzur meydanda…

Prezidentin Rusiyaya təyin etdiyi səfir kimdir? - Dosye

Prezident və oğlunun onunla görüşü diqqət çəkdi - Video

Bizim düşmənimiz Əliyev deyil, odur! - Xzmalyan

Erməni arxiyepiskop azərbaycanlı diplomatları öydü

Özəl sektorda da maaş artımları olacaqmı?

Bakı müharibəyə hazırlaşmalıdır - Solonnikovdan şok

Səfirliyimizə hücum edən niyə cəzalanmır? - Baş prokuror

Mişustinin səfəri: Bu liman İrəvanla Moskvanı yaxınlaşdırır

İsrail Livana girdi: İranın cavabı nə olacaq? – Özər

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla