Yuxarı

Bakı müharibəyə hazırlaşmalıdır - Solonnikovdan şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb Cənubi Qafqaz üzərində nəzarəti bərqərar etmək üçün öz mövqeyini və siyasətini irəli aparmağa davam edir. Azərbaycana qarşı siyasi informasiya müharibəsi gedir. Azərbaycan Ermənistanın işğalı altında olan ərazilərini geri qaytarmazdan əvvəl ona qarşı aparılan müharibənin eynisi həyata keçirilir.

Axar.az xəbər verir ki, bunu “Moskva-Bakı”ya müsahibəsində rusiyalı politoloq Dmitri Solonnikov deyib.

“Deyə bilərik ki, Bakı ilə bağlı bu siyasi informasiya müharibəsi bitmədi. Bu müharibə, ümumiyyətlə, Birinci Qarabağ müharibəsi ilə yanaşı başladı - Amerika 1992-ci ildə keçmiş sovet respublikalarına yardım göstərməyi nəzərdə tutan qondarma “Azadlığa Dəstək Aktı”nı qəbul etdikdə. Yəni, o zaman Vaşinqton qərara gəlib ki, işğalçı Ermənistanı deyil, Azərbaycana qarşı ittiham siyasətini təbliğ etsin”, - o bildirib.

Solonnikov vurğulayıb ki, Fransa məlum səbəblərdən - ölkədə nüfuzlu erməni diasporunun olmasına görə İrəvana rəğbət bəsləyir:

“İkinci Qarabağ müharibəsindən sonra isə informasiya siyasəti ilə bağlı vəziyyətin dəyişəcəyi görünürdü. Amma təbliğat və vəziyyəti alt-üst etmək nəinki dəyişmədi, əksinə, bu siyasət daha da genişləndi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra ildən-ilə daha da güclənir. Bu, ABŞ və Fransanın xoşuna gələ bilməz. Azərbaycan və Ermənistan sülh sazişi imzalasa belə, İrəvanın ona əməl edəcəyinə heç bir təminat yoxdur. Azərbaycan indi olduğu kimi öz mövqeyini gücləndirsə, müxtəlif strukturlarda gündəmi diktə etsə, təşəbbüslərlə çıxış etsə, ona təzyiq edənlərlə mübarizə aparmaq imkanları daha çox olacaq. Bundan əlavə, Azərbaycan eyni zamanda, sığortalanmalı və müharibəyə hazırlaşmalı olacaq”.

Tarix
2024.10.01 / 11:02
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Özəl sektorda da maaş artımları olacaqmı?

Səfirliyimizə hücum edən niyə cəzalanmır? - Baş prokuror

Mişustinin səfəri: Bu liman İrəvanla Moskvanı yaxınlaşdırır

İsrail Livana girdi: İranın cavabı nə olacaq? – Özər

Bu gün ölkədə onların peşə bayramıdır

Üçüncü müharibə başlayır: əsas hücum haradan olacaq?

AŞPA-da Azərbaycan “müzakirəsi”: Bakını kim müdafiə etdi?

Bakıya qarşı qarayaxma: Bəs, 1 milyard dollar hara ayrılıb?

Tiflisdən AŞPA-da Bakıya böyük dəstək

Dumanın fraksiya rəhbəri: Qarabağ Azərbaycandır!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla